Slimfit
  1. CƏMİYYƏT

Sementin topdan satışı niyə bahalaşır? – Ekspert

Sementin topdan satışı niyə bahalaşır? – Ekspert
Sakura

Sementin topdan satışı niyə bahalaşır? – Ekspert

Hesab edirəm ki, Holcim Azərbaycan ASC tərəfindən qiymət artımına yol verilməsi bazarda inhisarçılıq meyillərinin bariz göstəricisidir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov Holcim Azərbaycan ASC-nin məhsullarını bahalaşdırması haqda danışarkən deyib. O bildirib ki, hazırda ölkədə qiymət artımını gərəkdirəcək şərait mövcud deyil:

“Bunun üçün heç bir əsas yoxdur, çünki valyuta bazarında sabitlikdir. Əgər bu şirkət hansısa bir məhsulunun istehsalında idxal xammalından və yaxud idxal seqmentindən asılıdırsa belə, valyuta bazarında dəyişiklik olmadığı üçün qiymət artımına yol verə bilməz”.

İqtisadçı vurğulayıb ki, hətta şirkətin məhsullarına böyük həcmdə tələbat artsa və şirkət qiymət artımına getməyə məcbur olsa belə, bunun üçün aidiyyəti dövlət qurumları və tənzimləyici funksiyalar var:

“Bu, faktiki olaraq rəqabət sahəsindəki boşluqlarla əlaqədardır və boşluqlardan da təəssüf ki, həmin şirkət öz mənfəətinin artırılması üçün istifadə edir. Nəticədə bu, tikinti sektorunda mənfi təsirə və son nəticədə tələbatın azalmasına səbəb olacaq. Çünki alıcılıq qabiliyyəti o səviyyədə deyil ki, belə qiymət artımlarının bazarda fəsadı olmasın. Buna görə də düşünürəm ki, son nəticədə bu qiymət artımı şirkət üçün də uzunmüddətli müsbət nəticə verməyəcək”.

 

Qeyd edək ki, bir qədər əvvəl Holcim Azərbaycan ASC istehsal etdiyi bütün növ sement məhsullarının qiymətinin qaldırılması barədə qərar qəbul edib. Saytımıza verilən məlumatda bildirilib ki, ASC dekabr ayından etibarən istehsal etdiyi bütün növ sementlərin topdan satışında təxminən 20 faizə qədər bahalaşma edəcək.

Artıq bununla bağlı yeni qiymət cədvəli distribüterlərə göndərilib və onlara satışda olan, amma istehsal vaxtı ötməmiş məhsulları yığışdırmaq tapşırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR