Slimfit
  1. İDMAN

Sənan Süleymanov Avropa çempionudur!

Sənan Süleymanov Avropa çempionudur!
Sakura

Sənan Süleymanov Avropa çempionudur!

 

İtaliyanın Roma şəhərində güləş üzrə Avropa çempionatı davam edir.   

Oxu.Az xəbər verir ki, bu gün üç yunan-Roma güləşçimiz medal qazanıb.  

Belə ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda meydan sahibi Covanni Freni ilə qarşılaşıb və qələbə ilə medalı boynundan asıb.   

77 kq çəkidə yarışan Sənan Süleymanov isə hamıdan güclü olub. Bunun üçün o, macarıstanlı Zotlan Levaya qalib gəlib.  

İslam Abbasov da medal kolleksiyamızı bürünclə zənginləşdirib 87 kq-da gücünü sınayan pəhləvanımız bunun üçün litvalı Eyvidas Stankeviçyusu yolundan kənarlaşdırıb.

82 kq çəki dərəcəsində yarışan Rafiq Hüseynov isə finala yüksəlib və “qızıl” uğrunda yarışmağa haqq qazanıb. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR