Slimfit
  1. CƏMİYYƏT

Şənbə və bazar günləri bu şəxslərə qadağalar olmayacaq

Şənbə və bazar günləri bu şəxslərə qadağalar olmayacaq
Sakura

Şənbə və bazar günləri bu şəxslərə qadağalar olmayacaq

“Şənbə və bazar günü həyati vacib sahələrin çalışması nəzərdə tutulur”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə TƏBİB-in İdarə Heytəinin sədri Ramin Bayramlı bildirib:

"O cümlədən qəza xidməti sahələri, təcili tibbi yardım və stasionar tibbi xidmət göstərən tibb müəssiələrimizin işi və elə istehsalat sahələri var ki, onların fasiləsiz işləməsi zəruridir, bununla bağlı qərar sabah məlumat veriləcək. Bu zəruri sahələrdə fəaliyyət göstərən məhdud sayda vətəndaşlarımıza SMS vasitəsilə çıxmağa icazə veriləcək. Ancaq bu əvvəlki kimi SMS-lə çıxmaq deyil. Biz sərt karantin rejimində olduğu kimi, SMS vasitəsilə müəyyən ehtiyaclar üçün küçəyə çıxa bilirdik. Amma bu ehtiyaclar bu gün axşam, sabah və cümə günü tamamilə həll olunmalıdır. Yalnız xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə müraciət olunması zəruri hallarda icazə veriləcək. Zəruri həyati vacib xidmət sahələrində çalışan vətəndaşlarımıza icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Onlardan istifadə etmək mümkün olmayacaq. Yalnız qeyd etdiyim həyati vacib zəruri sahələrdə çalışan şəxslərə istisnalar ola bilər".

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR