Slimfit
  1. MEDİA

Şərqdə doğulub, Qərb düşüncəsi ilə yaşayan "CƏNGAVƏR"...

Şərqdə doğulub, Qərb düşüncəsi ilə yaşayan "CƏNGAVƏR"...
Sakura

Şərqdə doğulub, Qərb düşüncəsi ilə yaşayan NAŞİR

Gənc yaşlarından ölkədə tanınmağa başlayıb. Davranışı, işgüzarlığı, istedadı, yüksək intellekti ilə özünə hörmət qazana bilib. Ara-sıra yazsa da, ərsəyə gətirdiyi publisistik yazılar insanların zövqünü oxşayır. Fəaliyyətini dəyişib, nəşriyyat işinə başlayandan, daha möhtəşəm görünür, uğurları artdıqca artır. Ölkənin ən qabaqcıl naşirlərindən biri kimi tanınır… 

Amerikada olduğum dönəmdə kitabla bağlı çox hadisələrin şahidi olmuşam. Mağazaların görünən yerində yeni nəşr olunmuş kitabların ödənişsiz verilməsi, yaşlı amerikalıların öz həyətlərinin səkiyə yaxın hissəsində kitabları xüsusi qutulara qoyub, insanlara təmənnasız təqdim etməsi bu sıradadır. Orada gördüklərimlə Şahbaz Xuduoğlunun gənclərin maariflənməsi uğrunda göstərdiyi xidmətləri müqaisə edəndə, qürur hissi keçirirəm. Əslində azad düşüncəli, muasir qərb insanına məxsus güclü təfəkkürlü, dünyanı olduğu kimi dərk etməyi bacaran bu insanın varlığı ölkəmiz üçün qənimətdir. Onu sevmək, ona ehtiram göstərmək, səmərəli fəaliyyətinə daha geniş yol açmaq lazımdır…

Deyir ki,- "İnsan özünə münasibətdə saxta olmamalıdır. Öz varlığına həssas yanaşmalıdır. Özü ilə yanaşı milyardlarla insanın varlığını düşünməlidir. Mənim üçün yaxşı əməlləri paylaşmağı bacaran kəs böyük dəyər sahibidir"…

Hər gün səhər saat 4-də yuxudan durmağa adət edib. Ən azı bir saat mütaliə edəndən sonra yaxınlıqdakı meydançada kros qaçır. Yoqayla məşğul olur. Səhər yeməyindən sonra isə iş yerinə- nəşriyyata tələsir…

Kitab dükanlarının azlığı onu da narahat edir. Dünya yazarlarının əsərlərinin azərbaycan dilində olmamasından çox üzülür. Səyahət etməyi, dünya xalqlarının mədəniyyəti ilə yaxından tanış olmağı xoşlayır. İndiyədək bir sıra Avropa ölkələrində, bir neçə Asiya dövlətlərində səfərdə olub. "Dünya biz bildiyimizdən daha gözəldir"- söyləyir…

Kitabın qüdrətinə çox inanır. Həyatında mütaliənin əhəmiyyətli rolu olduğunu, müəyyən vərdiş və keyfiyyətləri oxuduqlarından götürüb, özünə tətbiq etdiyini dilə gətirir. İnanır ki, onun bir insan kimi yetişməsində kitabların böyük təsiri olub…

Deyir ki,- "Mən kitab satışı ilə mənfəət əldə edib, varlanmaq üçün məşğul olmuram. Mənəvi tələbatımı ödəməyə çalışıram və özümü mənən xoşbəxt hesab edirəm"…

Bəli, dünya biz bildiyimizdən daha gözəldir. Amerikalılar deyir ki, nəyisə dəyişə bilmirsənsə, ona münasibətini dəyişməlisən. Öz işində bütövlük mənəvi xoşbəxtlikdir. Əsl həyat isə mənəvi xoşbəxtlikdən başlayır. Zəhmət heç zaman cavabsız qalmır. Sevindirici haldır ki, Şahbaz Xuduoğlu Fransanın nüfuzlu İncəsənət və Ədəbiyyat Ordeninin “Cəngavər” dərəcəsinə layiq görülüb. Onu təbrik edir, fəaliyyətində daha böyük uğurlar arzulayıram...

Elman Eldaroğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR