Slimfit
  1. MARAQLI

Sərt insanların daha çox uğur qazanmasının sirrləri

Sərt insanların daha çox uğur qazanmasının sirrləri
Sakura

Sərt insanların daha çox uğur qazanmasının sirrləri

Tarixdə sərt, despot, qeyri-tolerant insanların karyera zirvələrinə yüksəldiyi hallara çox rast gəlinib. Ağıla ilk gələn insanlardan biri Stiv Cobsdur. Onun rəhbərliyi altında “Apple” iflasdan qurtularaq dünyanın ən nüfuzlu şirkətlərindən birinə çevrildi. Cobs həmkarlarına münasibətdə səbirli, nəzakətli olmamasına və onların gördüyü işə dair təhqiramiz ifadələr səsləndirməsinə baxmayaraq, öz işlərində müvəffəqiyyət qazandı. Elə fikir formalaşa bilər ki, bu tip insanlar nəzakətli insanlardan daha ağıllı və daha yaradıcı olduqlarına görə uğurludurlar. Lakin yeni bir tədqiqat bunun əsassız olduğunu aşkarladı. 

Nəticə etibarı ilə bu cür insanlar öz ideyalarının arxasında daha qətiyyətlə dururlar. Hətta böyük əksəriyyətə anlaşılmaz göründüyü və ya ümumi qəbul edilmiş nöqteyi-nəzərlə üst-üstə düşmədiyi hallarda belə. 

Britaniya psixoloji cəmiyyətinin rəsmi bloqunda alimlər yazırlar:  

Samuel Hanter və Lili Kuşenberrinin apardığı tədqiqatın təfərrüatları qeyd olunub. Alimlər diqqətlərini qəliz və xoşagələn adlandıra bilməyəcəyimiz insanların üzərində cəmlədi. Tədqiqatda iştirak edənlər eqoistlik, əzmkarlıq və başqalarına qarşı qərəzlilik kimi bir sıra mənfi xüsusiyyətlərə sahib idi. 

Əvvəlcə 200-dən yuxarı kurs tələbəsi şəxsiyyət tipinin öyrənilməsi üçün sınaqdan keçirildi. Tələbələrdən universitetə qəbul və orta balları soruşulub. Bu yolla tədqiqatçılar onların koqnitiv qabiliyyətlərini və təhsildə nailiyyətlərini ölçə bildilər. Sonra hər tələbəyə fərdi tapşırıq verilib: 10 dəqiqə ərzində müəyyənləşdirilmiş marketinq probleminin həlli yolunu tapmaq lazım idi. Növbəti mərhələdə tədqiqatçılar tələbələri 3 nəfərlik qruplara böldülər. Birgə işləyərək 20 dəqiqə ərzində marketinq planı hazırlamağı tapşırdılar. 

Güman olunduğu kimi, fərdi işləyərkən heç bir problem yaşanmadı. Ancaq qruplar təşkil olunduqdan sonra çətin xarakterli tələbələrin ideyalarının yekun nəticəyə daha çox təsir etdiyi məlum oldu. 

Təcrübənin ikinci mərhələsində tədqiqatçılar bu cür insanların müxtəlif həyati situasiyalarda narahatlıq duyub duymadıqlarımı aydınlaşdırmaq istəyiblər. Bu dəfə üç yüz tələbə sınaqdan keçirildi. Onlar universitetə hədiyyə fikirləşib tapmalıydılar. Oğlanlar və qızları kompüterlərin arxasında tək-tək oturtdular. Onlar onlayn çatda daha iki nəfərlə qarşılıqlı surətdə qərar verməliydilər. Təcrübənin iştirakçıları bilmirdilər ki, onların həmsöhbətləri də tədqiqatçılara işləyir. Həmin insanlara təcrübə olunanların ideyalarına müsbət və ya mənfi rəy bildirilməsi tapşırılmışdı. 

 Universitet üçün hədiyyə tapşırığı yekunlaşdıqdan sonra növbəti tapşırıq verildi: Gələcəyin yataqxanalarının necə görünəcəyinə dair bir neçə variant fikirləşmək. Bu dəfə də alimlərə işləyən 2 nəfər onlayn çat vasitəsilə tələbələrlə əlaqə saxlayırdı. Amma artıq “hə” və “yox” demək yerinə məsələyə öz şəxsi münasibətlərini göstərirdilər, öz ideyalarını bölüşürdülər. 

Birinci təcrübənin nəticələri bəlli oldu. Tələbələr tək işləyərkən pis xarakter özünü büruzə vermirdi. Lakin həmsöhbətləri öz fikirlərini paylaşmağa başlayanda, yaxud da qərarı tənqid edəndə xarakter üzə çıxırdı. 

Təcrübələr göstərdi ki, itələyən və despot insanlara tənqid təsir eləmir. Əksinə öz haqlılığına inandırır. Mexanizm tərsinə də işləyir: hər cəhətdən müsbət olan insanlar müsbət rəylərə qarşı daha həssasdırlar. 

Alimlər etiraf edir ki, aparılan araşdırma universitetlərdə təhsil alan gənc insanlar üzərində aparılıb. Ona görə də bütün əhaliyə şamil edilə bilməz. Eyni zamanda uzunmüddətli pis xarakterin faydalı və ya ətrafdakılarda despotlar və onların ideyalarına qarşı immunitet yaratdığı bilinmir. 

Belə çıxır ki, sərt insanların daha ağıllı və kreativ olması şərt deyil. Onların uğurunun səbəbi mənfi şərhlərin təzyiqi altında belə öz ideyalarından imtina etməməkdir. Sadəcə öz gücünüzə güvənin və ünvanınıza deyilən mənfi rəylərin həvəsinizi öldürməyinə icazə verməyin. Həqiqət budur: Sərt insanlar rəqabət şəraitinə daha yaxşı uyğunlaşırlar və həssas insanlar daim güzəştə getmək səbəbi ilə çox geridə qalırlar. Zalım olmaq lazım deyil, sadəcə bir az daha israrlı olmağı tövsiyə edirik. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR