Slimfit
  1. TEXNOLOGİYA

Səudiyyəli qızlara qohumlarının əlindən qaçmaq çətin olacaq

Səudiyyəli qızlara qohumlarının əlindən qaçmaq çətin olacaq
Sakura

Yeni mobil proqram sərhəddən keçərkən qızların qohumlarına sms göndərəcək

Səudiyyəli qızlara, qohumlarının əlindən Tailanda qaçan və Kanadada sığınacaq alan Rahaf Məhəmməd əl-Kununun hərəkətini təkrarlamaq çətin olacaq. 
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə hökuməti ərlərə, atalara və qardaşlara uyğun olaraq - arvadlarını, qızlarını və bacılarını izləmək və onların xaricə qaçmasının qarşısını almaq üçün Abşer mobil proqramını hazırlayıb.
 
Sərhədçilər qadının pasportunu buraxılış məntəqəsində yoxlamadan keçirərkən, ailənin kişi üzvləri avtomatik olaraq "onların qəyyumluğunda yaşayan” şəxsin sərhəddən keçməsi barədə SMS alır. Bundan sonra, mobil telefon vasitəsilə, onlar hakimiyyət səlahiyyətlilərinə qadının ölkədən çıxmasına icazə vermədiklərini xəbər verə bilərlər. Bu proqram AppStore və Google Play-dan köçürülə bilər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR