Slimfit
  1. ARAŞDIRMA

Sızanaqlar necə yaranır? Akne Vulqaris

Sızanaqlar necə yaranır? Akne Vulqaris
Sakura

Sızanaqlar necə yaranır? Akne Vulqaris

Sızanaqlar necə yaranır? Akne Vulqaris
Akne Vulqaris — Sadə sızanaqlar (yeniyetmə sızanaqları), dəridəki piy vəzlərinin irinli iltihabi, xroniki, tez-tez residivləşən xəstəliyidir. Akne zamanı sızanaq necə yaranır: 1) dəridəki piy vəzilərinin ifrazatının artması; 2) epidermal hiperproliferasiya nəticəsində piy vəzilərinin axacağının tıxaclanması (ağ komedonlar yaranır, sonra onlar açılaraq qara nöqtələr adlandırdığımız qara komedonlara çevrilir); 3) Cutibacterium acnes ( Propionobacterium acnes) piy vəzilərinə keçməsi və aktivləşməsi; 4) İltihab;

Əksər hallarda ilkin təzahür 13-18 yaşlarında əmələ gəlir ki, bu da cinsi yetişkənlik dönəmində xüsusiylə testosteron hormonunun qanda miqdarının artışı ilə əlaqədardır. Lakin müxtəlif amillərin təsiri nəticəsində istənilən yaşda yarana bilər. Aknenin yaranmasına irsi meyillik, hormonal sistemin pozğunluğu, qeyri rasional qidalanma (çoxlu karbohidrat qəbulu dəridəki piy vəzilərinin fəaliyyatını artırır), bəzi dərman preparatlarının qəbulu, dəri tipinə uyğun olmayan makyaj seçimi və s. şərait yarada bilir.
Müalicə kompleks şəkildə həyata keçirilir. Aknenin müalicəsini mümkün qədər tez başlamağınız qəti şəkildə tövsiyyə olunur. Bununla siz aknenin ləkə və çapıq kimi olduqca üzücü estetik fəsadlarının qarşısını almış olacaqsınız. Diaqnoz kliniki əlamətlərə görə qoyulur. Bəzi daxili səbəblərin aşkar və ya inkar edilməsi, həmçinin sizə ən optimal müalicə taktikasının seçilməsi üçün dermatoloqunuz əlavə müayinələr də istəyə bilər. Yeri gəlmişkən, sızanaqlarınızı heç zaman sıxmayın!

 

Mənbə : Faderm.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR