Slimfit
  1. CƏMİYYƏT

SOCAR "Fənərbaxça"ya 450 milyon ödəyəcək? - Rəsmi

SOCAR "Fənərbaxça"ya 450 milyon ödəyəcək? - Rəsmi
Sakura

SOCAR "Fənərbaxça"ya 450 milyon ödəyəcək? - Rəsmi

Türkiyə mediası “Fənərbaxça” idman klubunun bütün borclarının bağlanması müqabilində ad hüququnu SOCAR-a satacağını yazıb.

Axar.az xəbər verir ki, bunun qarşılığında SOCAR-ın kluba 450 milyon avro ödəməyə hazırlaşdığı bildirilib. Razılaşma əldə olunarsa, klubun ya “Fənərbaxça SOCAR”, ya da “SC Fənərbaxça” adlancağı qeyd edilib.

Məsələ ilə bağlı saytımıza danışan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov iddiaların əsassız olduğunu deyib:

“Bu xəbəri artıq rəsmi olaraq “Fənərbaxça” klubu təkzib edib. Biz də bildirmək istəyirik ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Təəssüf ki, Türkiyə mətbuatında müxtəlif klublara dair bunun kimi məlumatlar zaman-zaman yayılmaqdadır. SOCAR-ın Türkiyə klubları ilə bağlı belə bir niyyəti olmayıb, ola da bilməz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR