Slimfit
  1. DÜNYA

Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi

Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi
Sakura

Son yüzilliyin ən dəbdə olan qadını müəyyən edildi

Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, qadınlar arasında aparılan dünya sorğusuna görə son yüz ilin modasının baş qərar verən xanımı Britaniya aktrisası Odri Xepbern olub. Odri tamaşaçılara “Tiffanidə səhər yeməyi”, Mənim gözəl ledim” filmlərindən tanışdır.
 
Məlum olub ki, ABŞ, Böyük Britaniya, Avstraliya, İtaliya və Yaponiyada 6 min qadın arasında sorğu aparılıb. ABŞ-dan başqa qalan adları çəkilən ölkələrdə Odri Xepbern birinci yeri tutub. ABŞ qadınları birinci yeri Con Kennedinin xanımı Jaklinə verib.
 
 
İkinci yeri Britaniya şahzadəsi Diana tutub.
 
Odri Xepbern Britaniyalı aktrisa, fotomodel, aktrisa və humanitar xadimdir. O kino sənayesinin və stilinin etiraf olunmuş ilahəsidir. Xepbernin karyerası Hollivudun Qızıl əsrinə təsadüf edir. Onun iştirakı ilə çəkilən filmlər Azərbaycan tamaşaçısına da yaxşı tanışdır: “ Roma tətilləri”, “Sabrina”, “ Mənim gözəl ledim”, “Tiffanidə səhər yeməyi”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR