Slimfit
  1. PSİXOLOGİYA

Sosial şəbəkələrin insan sağlamlığına müsbət təsirləri aşkar olunub

Sosial şəbəkələrin insan sağlamlığına müsbət təsirləri aşkar olunub
Sakura

Sosial şəbəkələrin insan sağlamlığına müsbət təsirləri aşkar olunub

Alimlər müəyyən ediblər ki, sosial şəbəkələrin insanlara mənfi təsirilə yanaşı, sağlamlığa müsbət təsiri də var.

Facebook və İnstaqram kimi sosial şəbəkələr idmanla məşğul olmaq üçün motivasiyaedici rol oynayır. Öz sosial dairəsinin təsiri altına düşən insanlar davranışlarını ona uyğunlaşdırırlar.

Qərbi Ontario Universiteti araşdırmalar zamanı sosial şəbəkələrin idmanla məşğul olmağa həm mənfi, həm də müsbət motivasiyaedici təsir göstərdiyini müəyyən edib.

Statistikaya görə, Facebook istifadəçilərinin 23 faizi tələbələrdən ibarətdir. Onlardan 32 faizi təxminən 4 saatdan çox vaxtını internetdə ünsiyyətə sərf edir. Bu, insanların rifahına və davranışlarına təsir edən yaxın sosial əlaqələrə ehtiyacı olması ilə əsaslandırılır. Ontario Universiteti 24 və 19 tələbəni fokus qrupunda sorğuya qatılmağa və iştirak etməyə dəvət edib.

Onlar Facebooka münasibətlərini bölüşüblər və saytın fiziki məşqlərə motivasiya etməsi ilə əlaqəsini öyrəndilər. Sosial şəbəkə istifadəçisi , öz paylaşımlarında idmanla məşğul olan insanları izlədikdə, böyük ehtimalla , müsbət rəy almaq üçün eyni şeyi etməyə güclü bir motivasiya hiss edəcəkdir. Digər tərəfdən, insan şərhlərdə tənqidləri öz lehinə oxuya bilər və ya digər insanlarla öz lehinə olmayan müqayisələr apara bilər.

Alimlər sosial şəbəkələrin köməyi ilə tələbələrin aşağı olan fiziki aktivliyinə təsir göstərməyi və onların mənfi təsirlərini tarazlaşdırmağı planlaşdırır.

Daha əvvəl psixoterapevt, psixoanalitik Kseniya Çernikin sosial şəbəkələrdə bəzi insanların həyatından olan ideal şəkillərə niyə əsəbiləşdiyimizi izah etmişdi. O qeyd edirdi ki, psixoloji cəhətdən yetkin, öz həyatları ilə məşğul olan insanlar mükəmməl şəkillərlə, digər insanların gözəl həyatı ilə heç bir problem yaşamırlar.

"Ancaq bir insan özündən əmin deyilsə, duyğularını və istəklərini yaxşı bilmirsə, yetkin deyilsə, başqalarının gözəl həyatını görərsə, çox asanlıqla depresiyaya düşə bilər, əsəbi və hətta aqressiv ola bilər. Belə insanların həsədlərini öz üzərində işləməyə və motivasiyaya çevirməsi çox çətindir ” deyə həkim izah etmişdi.

Mənbə: politeka.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR