Slimfit
  1. İDMAN

"Spartak" azərbaycanlı futbolçunu bir milyon avroya heyətinə qata bilər

"Spartak" azərbaycanlı futbolçunu bir milyon avroya heyətinə qata bilər
Sakura

"Spartak" azərbaycanlı futbolçunu bir milyon avroya heyətinə qata bilər

Hazırda Rusiya "Rostov"unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ına qayıda bilər.

"Report" don24.ru saytına istinadən xəbər verir ki, "qırmızı-ağlar" sabiq oyunçusunu yenidən heyətinə qatmaq niyyətindədir.

Paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1 milyon avro ödəməyə hazırdır. Klub onu son zamanlar qalmaqalları ilə gündəmə gələn Denis Qluşakovun əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR