Ens.az
14 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
AVTO VƏ MOTO

SSANGYONG MOTOR COMPANY

SSANGYONG MOTOR COMPANY HAQQINDA

68 Baxış
SSANGYONG MOTOR COMPANY

SsangYong Motor Company (kor. 쌍용, hança 雙龍, Kontseviç SsanYon sistemi) - Cənubi Koreyanın avtomobil tikinti şirkətidir, Əsasən yüksəkkeçici qabiliyyətli avtomobillərin istehsalçısıdır. Koreyanın dördüncü böyük avtomobil istehsalçısıdır. Mənzil - qərargahı Seulda yerləşir. SsangYong adı "iki əjdaha" deməkdir. Ssang-ın hərfi mənası "cüt" deməkdir.

TARİXİ

Şirkət 1954-cü ildə (həmin vaxt Ha Dong-hwan Motor Company adlanırdı) yaradılıb və ordu üçün yolsuzluq avtomobillərinin istehsalı ilə fəaliyyətə başlamışdır. Məlum olduğu kimi, hərbi sifarişlərlə şirkətlər inkişaf edir. Beləliklə, Ha Dong-hwan ilə də baş verdi. Zamanla buraxılan məhsulların çeşidi və mülki texnika genişləndi.

1977-ci ildə adı "Dong-A Motor"a dəyişdirildi. Həmin vaxt şirkət avtobus, yük maşınları və xüsusi texnika istehsalı ilə məşğul olurdu. Koreya müharibəsi bitəndən bir il sonra Cənubi Koreyada çoxlu Amerika qoşunları var idi və bu cür maşınlara olan ehtiyac böyük oldu.

1983-cü ildə "Korando" markalı yolsuzluq istehsalı ilə məşğul olan "Geohwa Motors" ələ keçirildi. Bu markanın əldə edilməsi ilə SsangYong tarixində yeni bir mərhələ başladı. Şirkət, yüksək keçici qabiliyyətli və daha çox rahatlığı olan nəqliyyat vasitələri yaratmaq istiqamətində aktiv inkişaf etməyə başlayır. 1986-cı ildə təqdim edilən yeni Korando modeli ilə "parketnik"(krossover) bazarına "getmək" mümkün oldu. İlk "zərbə" yapon bazarı aldı və iki il sonra Avropa bazarlarına ixrac etməyə başladı.

1986-cı ildə Ssangyong, Biznes Group-un nəzarəti altına keçdi, 1988-ci ildə isə adını SsangYong Motor-a dəyişdi.

1987-ci ildə Kallista idman avtomobilləri istehsal edən britaniyalı şirkət PANTHER CAR Co., UK əldə edilmiş, nəticədə "SsangYong Kallista" kimi tanınmışdır. 1993-cü ilədək (cəmi 78 ədəd) istehsal edilmişdir.

1988-ci ildə Korando Family yolsuzluğunun satışları başladı. 1991-ci ildə Daimler-Benz ilə texnologiya əməkdaşlığı başladı.

1993-cü ildə Musso yolsuzluğunun istehsalı başlamışdır, həmin vaxt şirkətin səhmlərinin 5%-i Daimler-Benz korporasiyası tərəfindən alınmışdır.

1997-ci il koreyalı şirkətin ilk minik avtomobilinin yaranması ilə qeyd olundu - Mercedes E-class əsasında eksklüziv Chairman yarandı. Lakin, bununla da hər şey bitdi, minik avtomobillərinin çeşidini genişləndirmək uğursuz oldu. Bunun səbəblərindən biri 1997-ci ilin sonunda Koreyada baş verən böhran idi. 1997-ci ildə şirkətin nəzarət səhm paketi başqa bir koreyalı avtoistehsalçısı Daewoo Motors şirkəti tərəfindən alındı. Lakin, uzunmüddətli olmadı - 2000-ci ildə şirkət öz müstəqilliyini bərpa etdi, buna görə də Daewoo artıq ciddi problemlər yaşadı.

2000-ci ildə maliyyə böhranı Daewoo şirkətini öz payını satmağa məcbur etdi.

2001-ci ildə başlayan yenilik çox uzun çəkmədi - 2004-cü ildə SsangYong yenidən təsir altına düşdü. Bu dəfə, çinli SAIC (Shanghai Automotive Industry Corporation) korporasiyası, hansı ki, 2008-ci ildə müvəffəqiyyətlə onu iflasa gətirib çıxardı. Yeri gəlmişkən, bu iş çox çirkli idi - bir çoxlarının fikrincə, SAIC bu işi koreyalı həmkarlar ittifaqları ilə çətin münasibətə görə qəsdən etdi, çünki, onlar əmək münasibətlərində yaxşılaşdırma tələb edirdi və çinliləri texnologiyanı oğurlamaqla günahlandırırdı. Axı, SAIC-in digər markaları özlərini gözəl hiss edirdilər, şirkətin özü isə Volvo markasını əldə etmək haqqında Ford Motors ilə hətta danışıqlar aparırdı. Bununla belə, SAIC, SsangYong üzərində nəzarətini tamamilə itirdi, nəticədə səhmlərin yalnız 10% -i qaldı. Koreya şirkəti məhkəmə yolu ilə müstəqillik və istehsalını yenidən qurmağı əldə etdi.

2008-ci ilin sonunda şirkət özünü iflas olunmuş elan etdi.

2009-cu ilədək SsangYong Motor Company səhmlərinin 51.0%-i Çinin SAIC Motor korporasiyasına məxsus idi. SsangYong şirkətinin iflas prosesində 2009-cu ilin fevral ayında SAIC Motor şirkət üzərində nəzarətini itirdi.

2010-cu ilin may ayının sonunda məlum oldu ki, yenidənqurulmaya məruz qalan konsern satışa çıxarılır. KİV bildirir ki, koreyalı avtomobil istehsalçısının alıcıları arasında fransız Renault və rusiyalı "Sollers" də var idi.

12 avqust 2010-cu ildə Cənubi koreyalı avtomobil istehsalçısı SsangYong Motor, Hindistan sənaye holdinqi olan Mahindra Group-un avtomobiltikinti bölməsinin, Mahindra & Mahindra şirkətini, şirkətin alınması üçün ən uyğun namizəd olaraq seçmişdir. SsangYong-un bəyanatında deyilir - Hind şirkətini seçmək qərarı satınalma qiymətindən irəli gəldi, SsangYong-un əldə edilməsindən sonra idarə olunması planları, həmçinin Cənubi koreyalı şirkətin işçilərinin iş yerlərinin qorunub saxlanacağına dair zəmanətlərə əsaslanırdı. 2010-cu ilin noyabr ayında SsangYong-la hind şirkəti olan Mahindra & Mahindra-nın nəzarət payının satışı üzrə sazişi bağlandı; səhmlərin 70% -i (həm də Koreya şirkətinin istiqraz paketi) üçün hindistanlılar 463,6 milyon dollar ödədilər.

5 yanvar 2018-ci ildə Cənubi koreyalı SsangYong Motor Company şirkəti yenilənmiş yolsuzluq miniveni olan Korando Turismo-nu rəsmən təqdim etdi.


Müəllif: Baş administrator Natiq Əliyev


Mənbə: AVTO KLUB AZƏRBAYCAN

VİDEO QALEREYA
Kaliforniya, ABŞ
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X