Slimfit
  1. TEXNOLOGİYA

Starlink Azərbaycana gəlir

Starlink Azərbaycana gəlir
Sakura

Starlink Azərbaycana gəlir

Starlink gəlir

Starlink Peyk operatorunun səhifəsindən görsənir ki, artıq Azərbaycanda bəzi ərazilər bu peyklərin əhatə dairəsinə daxil edilib.

Buradan belə qənaətə gəlmək olar ki, bu ərazilərdə yaşayanlar gələn il Starlinkdən təxminən  50 - 500 Mbit sürətində internet xidməti ala biləcəklər.

Amma bu xidmətə qoşulmaqla bağlı 2 ciddi problem ola biləcək.

Birincisi odur ki, peyk interneti əldə etmək istəyənlər peyk antennası + modem üçün  gərək təxminən 500 $  xərc çəksinlər. 

Aylıq abunə də 100 $ nəzərdə tutulub.

İkinci əsas problem isə ondan ibarətdir ki, bizim ölkənin tənzimləyici qurumu gərək Starlink-lə, İlon Maskla peykdən yayımın qəbulu üçün razılığa gəlsinlər.

Bir çox qonşu ölkələr, Gürcüstan, Qırğızıstan, Qazaxstan və Ukrayna artıq bu istiqamətdə ciddi addımlar atıblar, müqavilələr bağlayıblar. Onlar ucqar ərazilərdə bu xidmətdən istifadəni nəzərdə tuturlar.

Düşünürərm ki, ölkəmizdə də, hazırda internet infrasturktur olmayan, qurulması baha başa gələn ərazilərdə, həm də ümumiyyətlə alternativlik üçün  bu texnologiya ilə internet xidmətlərinə əlçatanlıq faydalı olardı.

Ümid edirəm,  yaxın vaxtlarda telekommunikasiya sektorunda yaradılması nəzərdə tutulan tənzimləyici qurum bu məsələni də diqqət mərkəzində saxlayacaq.

Yeri gəlmişkən, bildiyim qədər Azərkosmos da bu istiqamətdə peyk operatorları ilə danışıqlar aparırıdı. Elə bu il, Azərkosmos Çinin Satelliteherd şirkəti ilə müqavilə bağlayıb və şirkət artıq özünün nəhəng peyk antennasını da Azərkosmos-un Peyk İdarəetmə Mərkəzində quraşdırıb.

Müəllif: Osman Gunduz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR