Ens.az
18 noyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Şahlar Şükürov Əvəz oğlu

DOĞUM TARİXİ: 17/05/1952 VƏFAT TARİXİ: 11/07/1990

571 Baxış
Şahlar Şükürov Əvəz oğlu

17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti - red.) daxil olmuşdur. 1972-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləmişdir. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirmişdir.

1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. Polis mayoru rütbəsi almışdır.

O, tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayiəti ilə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən, düşmənin qəfil hücumu ilə rastlaşdı. O, bu qeyri-bərabər döyüşdə son nəfəsinəcən döyüşdü və qəhrəmancasına həlak oldu.

 Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir.

Zərdab rayonunda adına küçə var. Rayondakı məktəblərin birinə onun adı verilmişdir.

 

Mənbə: Milliqahramanlar.az





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Norveçdə körpü
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X