Slimfit
  1. BİOQRAFİYA

Süleyman Ələsgərov (bəstəkar)

Süleyman Ələsgərov (bəstəkar)
Sakura

Süleyman Ələsgərov (bəstəkar)

Süleyman Əyyub oğlu Ələsgərov (22 fevral 1924 – 21 yanvar 2000) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1974), Üzeyir Hacıbəyov adına respublika mükafatı laureatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972–2000).

Həyatı

Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. Konservatoriyanı bitirib (1948). Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğıı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944-1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949-1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951-1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumununi direktoru (1952-1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954-1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960-1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971-1998) vzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantata, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

 

Mükafatları

  • "Şərəf Nişanı" ordeni – 9 iyun 1959
  • "Azərbaycan SSR əməkdar incənət xadimi" fəxri adı – 24 may 1960
  • Azərbaycan SSR dövlət mükafatı – 1967
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı – 18 iyun 1974
  • "Şöhrət" ordeni (Azərbaycan) — 21 fevral 1999

 

Filmoqrafiya

  1. Aktrisanın təbəssümü (film, 1974)
  2. Azərbaycan atları (film, 1953)
  3. Azərbaycan elləri (film, 1976)
  4. Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü (film)
  5. Daşkəsən (film, 1946)
  6. Qabaqcıl sovxozda (film, 1955)
  7. Qəmbər Hüseynli (film, 2007)
  8. Musiqişünas (film, 2001)
  9. Ulduz (film, 1964)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR