Slimfit
  1. MEDİA

Sumqayıt Dövlət Universitetində distant təhsil

Sumqayıt Dövlət Universitetində distant təhsil
Sakura

Sumqayıt Dövlət Universitetində distant təhsil

“Universitet” hər bir tələbənin həyatında xüsusi rol oynayır. Onun potensialının, şəxsi inkişafının üzə çıxmasında da həmçinin əvəzolunmaz rol oynayır. Biz hər birimiz həyata ilk təməl addımlarımızı ali təhsil ocağından atmağa başlayırıq.  Bir sözlə ali təhsil ocağının həyatımızdakı rolu sözlərlə ifadə edilməyəcək qədər dərindir.

Belə ali təhsil ocağına nümunə kimi təbii ki, ilk növbədə öz təhsil aldığım Sumqayıt Dövlət Universitetini və onun timsalında digərlərini göstərmək olar. Universitetin inkişafında başda rektor professor Elxan Hüseynov olmaqla prorektorlar:  Natiq Talıbovun, Ramazan Məmmədovun, Qafar Atayevin,Naib Haciyevin, Ramiz Hüseynovun rolu danılmaz və əvəzolunmazdır.

Qeyd etmək istərdim ki, universitetimiz günü- gündən daha da inkişaf edir, müasir texnoloji innovativ avadanlıqlarla təchiz olunub. Həmçinin təmir işləri də yüksək səviyyədə özünü göstərməkdədir. Təbii haldır ki, hər bir tələbə onun üçün rahat olacağ və yeni avandanlıqlarla təchiz edilmiş auditoriyalarda əyləşmək arzusundadır. Bu cür şəraitin bizim üçün yaradıldığı üçün ilk növbədə cənab rektor professor Elxan Hüseynova və onun timsalında Prorektorlarımıza təşəkkürümü bildirmək istərdim.

Qeyd etmək lazımdır ki, universitetdə təhsil də yüksək inkişaf səviyyəsinə çatmışdır. Belə ki, tələbələrin öz biliklərinin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirinin Ali və orta ixtisas müəssisələrində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkil edilməsi barədə F-530 saylı 11.12.2020-ci il tarixli əmrinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyası yanvarın 11-də onlayn rejimdə keçirilməsinə start verildi. Universitetin rəhbərliyi tərəfindən imtahanlar ciddi nəzarət altında həyata keçirilir. İmtahanlar tam şəffaf şəkildə düzgün qiymətləndirilmə əsasında aparılır. 

Həmçinin, tələbələrin asudə  vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə böyük idman zalı əsaslı təmir olunmuş, universitetin  həyətində  şahmat lövhəsi inşa edilmiş, süni örtüklü  futbol  meydançası, voleybol  və  basketbol  meydançaları, stolüstü  oyunlar  üçün köşklər  qrulmuşdur. İdman zalında futbol, stolüstü  tennis, badminton, atıcılıq, voleybol, şahmat, dama  üzrə  tələbələr məşğul olurlar. Bunun   məntiqi  nəticəsi  olaraq  tələbələr şəhər  və respublikada təşkil olunan  beynəlxalq yarışlarda  aktiv iştirak edirlər.

Tələbələrin digər bacarıq və potensiallarının üzə çıxarılması üçün müəyyən təlim,seminarllar,tədbirlər  həyata keçirilir ki, bu da fakültə dekanlarının və dekan müavinlərinin nəzarəti altında öz əksini tapır.Sadaladığım bu xüsusiyyətlər Tarix və Coğrafiya fakültəsində də öz əksini tapır. Və başda dekan professor  Adil Baxşəliyev olmaqla dekan müavini Osman Hacıyevlə yanaşı fakültə müəllimləri də tələbələrin təhsil və tərbiyələrinin yüksək şəkildə inkişafı üçün çalışırlar.

Daha bir diqqətə layiq xüsusiyyət kimi isə tələbələrin savadlı kadr kimi təkmilləməsini nəzərə alaraq xaricdə təhsil proqramlarını göstərmək olar. Bu ali təhsil müəssisəsi bir çox layihələrə imza ataraq beynəlxalq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmaqla, mükəmməl bir ali təhsil müəssisəsi modelini yaratmışdır. Bir sözlə, beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet  bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının  üzvü olmuşdur. Universitetimizin hal - hazırda  Türkiyə,Köln Texniki (Almaniya), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. 

Universitetimiz haqqında danışarkən Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin fəaliyyətini də vurğulamaq istərdim. Universitetdə keçirilən tədbirlər haqqında məlumatların yayılması həmçinin universitetin mətbu orqanı olan “Sumqayıt Universiteti” qəzetində tələbə gənclərin fəaliyyəti  geniş işıqlanır. Bunun üçün başda Nazxanım Cəlilli olmaqla, mətbuat mərkəzinin digər əməkdaşlarınada təqdirə layiq işləri üçün dərin minnətdarlığımı bildirirəm.

Bütün bu şəraitlər hər biri tələbələrin gələcəyinin sağlam təməl və düzgün prioritetlər üzrə inşası üçündür.

Müəllif: Elvin Novruzlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR