Slimfit
  1. MEDİA

Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında “Demokratik cəmiyyətdə prokurorluğun rolu” mövzusunda tədbir keçirildi.

Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında “Demokratik cəmiyyətdə prokurorluğun rolu” mövzusunda tədbir keçirildi.
Sakura

Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında “Demokratik cəmiyyətdə prokurorluğun rolu” mövzusunda tədbir keçirildi.

Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında “Demokratik cəmiyyətdə prokurorluğun rolu” mövzusunda tədbir keçirildi.

Tədbirdə SDU-nun rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə yanaşı, Sumqayıt şəhər prokuroru Baş Ədliyyə müşaviri Mürvət Həsənov, prokurorun böyük köməkçiləri Elviz Salayev və Ramiz Ağazadə iştirak etdilər.

Əvvəlcə professor Elxan Hüseynov və Baş Ədliyyə müşaviri Mürvət Həsənov Ümummilli Lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Sonra Baş Ədliyyə müşaviri universitetlə yaxından tanış oldu və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən fotoşəkillərə, kitablara baxış keçirəndən sonra xatirə kitabına ürək sözlərini qeyd etdi.

Universitetin rektoru professor Elxan Hüseynov tədbiri açıq elan edərək qonaqları və iştirakçıları salamladı, onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirən rektor bugünkü görüşün əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, dövlətin fəaliyyətində əhəmiyyətli roluna görə statusu konstitusiya normaları ilə nizama salınan prokurorluq yarandığı tarixdən indiyədək böyük etibar qazanıb. Professor Elxan Hüseynov müstəqilliyə gedən yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına məharətlə sinə gərən, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs etdi, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını diqqətə çatdırdı. Qeyd etdi ki, Ulu Öndərin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, məhkəmə-hüquq islahatları, milli prokurorluq orqanlarının təşəkkülündəki xidmətləri böyükdür. Bu istiqamətdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirdi.

Tədbirdə çıxış edən Sumqayıt şəhər prokuroru Baş Ədliyyə    müşaviri Mürvət Həsənov səmimi qarşılanmaya görə rektor professor Elxan Hüseynova, professor-müəllim və tələbə heyətinə dərin minnətdarlığını ifadə etdi. Universitetin uğurlu fəaliyyətini dilə gətirərək qeyd etdi ki, yarım əsrdən çox tarixi inkişaf yolu keçən Sumqayıt Dövlət Universiteti güclü maddi-texniki bazaya malik olmuş, ötən illər ərzində yüksəkixtisaslı mütəxəssislər yetişdirmiş və hazırda beynəlxalq əlaqələrini gündən-günə genişləndirməkdədir. Professor Elxan Hüseynovun rəhbərliyi ilə bu ali məktəbdə güclü elmi-pedaqoji potensial vasitəsilə təhsilin inkişafı və müasirləşməsi, dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həlledici və mühüm addımlar atılır. Bu gün ölkəmizdə sanballı tədris və elmi-tədqiqat mərkəzlərindən biri kimi tanınan Sumqayıt Dövlət Universitetində aktual istiqamətlərdə elmi araşdırmalar aparılır, təhsilin məzmunu elmi nailiyyətlərlə zənginləşdirilir, gündən-günə yeni uğurlar əldə edilir. Sevindirici haldır ki, universitetin əldə etdiyi nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən yüksək qiymətləndirilir.

Daha sonra Azərbaycan Respublikası Prokurorluğunun yaranma tarixi, onun inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti və bütövlükdə respublikamızda hüquqi dövlətin qurulmasında və hüquq sisteminin möhkəmləndirilməsində artan rolu barədə ətraflı məlumat verən Mürvət Həsənov qeyd etdi ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Ulu Öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşdırılması, insanların azad və sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmış, hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir. Bu gün Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğısı nəticəsində korrupsiyaya qarşı mübarizə tədbirləri, ictimai özünənəzarət məsələləri, şəffaflığın təmin olunması istiqamətində işlər görülmüşdür. Çox sevindirici haldır ki, Heydər Əliyev ideyalarının, onun müdrik dövlətçilik siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, mühüm dövlət təsisatlarından biri kimi onun normal fəaliyyəti üçün zəruri təminatlar yaradılması istiqamətində məqsədyönlü işlər görülür.

Sonda isə mövzu ilə əlaqədar tələbələri maraqlandıran suallar cavablandırıldı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR