Yandex
17 avqust 2018, cümə
.
25
Ağcabədi
.
Elmin Tağıyev

Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı

Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı

13 iyun 2000-ci il Azərbaycan Republikasının Prezdentin sərəncamına əsasən Sumqayıt Dövlət Universitetinin yaranmışdır.

Sumqayıt Dövlət Universitetində fakültə mövcuddur:

1. İqtisadiyyat və idarəetmə 
2. Fizika və elektroenergetika
3. Tarix və Coğrafiya
4. Filologiya
5. Mühəndislik
6. Riyaziyyat
7. Kimya və Biologiya

Tarix və Coğrafiya fakültəsi ilk öncə Tarix-filologiya şöbəsi kimi fəaliyyətə başlamış, 2003-cü ildən 2014-dək Tarix fakültəsi kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən Tarix və Coğrafiya fakültəsi adlanır. Fakültə yarandığı gündən prof. Adil Baxşəliyev Rəhbərlik etmişdir. Fakültədə 9 professor, 23 dosent, 8 baş müəllim, 14 müəllim , 2 nəfər assistent çalışır, 5 doktorant və 4 dissertant elmi işlə məşğul olur.

Sumqayıt Dövlət universitetində tədris yüksək səviyyədə aparılır. Buranı bitirən tələbələr ali savada malik olurlar. Dekan Adil Baxşəliyev, Zamdekan Osman Hacıyev tələbələrin təhsili ilə yaxından maraqlanır, onlara yaxşı dərs keçirilməsinə özləri nəzarət edirlər. Onlar tələbələrlə maraqlanır, onların problemləri ilə məşğul olurlar və kömək edirlər.

Sumqayıt Dövlət Universitetində xarici dillər mükkəməl şəkildə tədris olunur. Universitetdə xarici dillərin tədrisinə xüsusi diqqət yetirilir.

SDU-da əcnəbilərdə təhsil alır. 2006-cı ildə əcnəbi tələbələrə Hazırlıq Mərkəzi yaradılmışdır. SDU-da təhsil alan əcnəbi tələbələrin sayı 100-dən çoxdur.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov 5 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının prezidentin sərəncamına əsasən rektor təyin edilmişdir. Elxan Hüseynov 1994-cü ildə dosent, 2017-ci ildə professor elmi adı almışdır. Elxan Hüseynov göstərdiyi fəaliyyətlərə görə 11 yanvar 2000-ci ildə Tərəqqi medalı ilə təltif olunmuşdur.

Təhsilin inkişafında göstərdiyi xidmətlərə görə şöhrət ordeni ilə təltif olunmuşdur.