Slimfit
  1. İDMAN

"Sumqayıt" qalib gəldi, "Qəbələ" isə...

"Sumqayıt" qalib gəldi, "Qəbələ" isə...
Sakura

"Sumqayıt" qalib gəldi, "Qəbələ" isə...

Sentyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının beşinci turuna start verilib.

Axar.az xəbər verir ki, turun açılış matçında “Sumqayıt” klubu “Sabah” komandasını qəbul edib. Rəvan Həmzəzadənin idarə etdiyi görüş sumqayıtlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 34-cü dəqiqəsində Sərdar Taşkın olub.

Bu qələbə sayəsində “Sumqayıt” klubu xal ehtiyatını 6-ya çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Sabah” isə 2 xalla sonuncu – səkkizinci yerdədir.

Xatırladaq ki, günün ikinci matçı “Səbail” və “Qəbələ” komandaları arasında oynanılır. Matçın baş hakimi Əliyar Ağayev olacaq.

***

Günün ikinci matçında "Səbail" "Qəbələ"ni qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Rövlan Muradov 17-ci dəqiqədə baxımlı qolla hesabı açıb. Meydan sahibləri isə 68-ci dəqiqədə Mirabdulla Abbasovun qolu ilə tarazlığı bərpa edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR