Slimfit
  1. MƏDƏNİYYƏT

Sumqayıtda 60 il sonra yeni kinoteatr

Sumqayıtda 60 il sonra yeni kinoteatr
Sakura

Sumqayıtda 60 il sonra yeni kinoteatr

Sumqayıtda 60 il sonra yeni kinoteatr fəaliyyətə başlayacaq.  

Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev yayıb. O, bildirib ki, artıq binada görülən işlər yekunlaşmaq üzrədir.

E. Qocayev bundan öncə də verdiyi açıqlamada üç zaldan ibarət olacaq kinoteatrın şəhərin 70 illiyi ərəfəsində kinosevərlərin ixtiyarına veriləcəyini qeyd etmişdi: 

“Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilib. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək”.

Qeyd edək ki, ötən ay Sumqayıt bazarı ətrafında yerləşən, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli də oradan sökülərək sözügedən yeni kinoteatrın qarşısında ucaldılıb. 

Günel Hacı

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR