Slimfit
  1. İDMAN

"Sumqayıt"ın futbolçusunun beyni silkələnib

"Sumqayıt"ın futbolçusunun beyni silkələnib
Sakura

"Sumqayıt"ın futbolçusunun beyni silkələnib

“Atilla Yıldırmın beyni silkələnib, hazırda ürəkbulanmaları olur. İki gündür istirahət vermişik. Həkim nəzarətindədir. Sertan Taşkının da vəziyyətini zəng vurub öyrəndim, ona 8 tikiş qoyulub”.

Bunu “Report”a “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan Premyer Liqasının V turunda “Keşlə”yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri matçın son dəqiqəsində rəqib futbolçu Sertan Taşkınla toqquşduğu üçün oyunu davam etdirə bilməyən Atilla Yıldırımın durumunu şərh edərkən deyib.

53 yaşlı mütəxəssis bildirib ki, 28 yaşlı türkiyəli hücumçunun növbəti turda oynaması sual altındadır: "Hadisədən sonra Sertanı təcili yarım maşını apardı. Yıldırımı isə bizim tibbi heyət paltardəyişmə otağına gətirdi. Ona dərman verib sistem qoşdular. Sonra eva apardılar. Orada isə ürəkbulanmaları olub, gecə yata bilməyib. Yaxşılaşması üçün müalicə olunur. Növbəti turda oynayıb-oynamayacağı bilinmir”.

Baş məşqçi zədələrini sağaltmaq üzrə olan Elvin Məmmədov və Yusif Nəbiyevin fərdi məşq etdiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda 7 xalla 4-cü pillədə qərarlaşan “Sumqayıt” VI turda “Zirə”ni qəbul edəcək. Sentyabrın 30-da “Bayıl Arena”da keçiriləcək oyun saat 20:00-da start götürəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR