Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sümüyü gücləndirər, xərçəngdən qoruyur, qocalmanı ləngidir - Ağ çayın faydaları

Sümüyü gücləndirər, xərçəngdən qoruyur, qocalmanı ləngidir - Ağ çayın faydaları
Sakura

Sümüyü gücləndirər, xərçəngdən qoruyur, qocalmanı ləngidir - Ağ çayın faydaları

Dünyada "imperatorlar çayı" kimi tanınan ağ çay tək bir yarpağı belə şəfa verir. Bəs ağ çay nədir? Ağ çay necə içilməlidir? Ağ çayın sağlamlığa faydaları nələrdir?
Yeniavaz.com xərçəngin düşməni möcüzəvi çay haqqında araşdırmanı təqdim edir.

AĞ ÇAY NƏDİR?
Ağ çay, əslində, qara çay və yaşıl çay ilə eyni bitkidən əldə edilir. Camellia Sinensis adı verilən bitkilərin arasındakı fərqi isə həm seçilən yarpaqlardan, həm də işlənmə tərzindən qaynaqlanır. Bu çaylar eyni bitkidən toplanmış olsalar da, ləzzətləri bir-birindən olduqca fərqlidir. Keçmişi olduqca köhnə olan ağ çayın tarixi Çinə əsaslanır. Ağ çay çox faydalı olduğundan xarici ölkələrdən gizli saxlanılmış və yalnız imperator ailəsi üçün istehsal edilmişdir. Günümüzdə hələ də ən az istehsal olunan çay növüdür. Ağ çay, Camellia Sinensis bitkisinin yarpaqlarından tam yetişmədən toplanılır. Yarpaqlar tam formalaşmadığı üçün ağ tüklü bir görüntüsü olur. Ağ çayın bir çox növü var. Bu növlər ətirə, tumurcuq sayına, yarpaqlarına görə dəyişir. Ən keyfiyyətli ağ çay Silver needle kimi tanınan çaydır.
Bu çay tam açılmamış yarpaqlardan ibarətdir.
Ağ çay tək-tək əl ilə toplandığı və proses görmədiyi üçün daha təbii və faydalıdır. Ağ çay daha az emal olduğundan katexin adı verilən antioksidantlar baxımından olduqca zəngindir. Katexinlər xərçəng hüceyrələrin əmələ gəlməsinin qarşısının alınmasında, beyin inkişafının təmin olunması kimi bir çox təsirləri var.

AĞ ÇAYIN FAYDALARI NƏLƏRDİR?
-Ağ çayda yüksək nisbətdə "katexin" adı verilən flavonoidler olur. Bu katexinlər bağırsaq, prostat, mədə kimi bir çox xərçəng növünə qarşı qoruyucu təsir göstərir. Xərçəng hüceyrələrinin böyüməsini dayandıraraq yenilərinin inkişafını qarşısını alır.
-Ağ çayın yaşıl və qara çaya görə antioksidant xüsusiyyəti daha çoxdur. Güclü antioksidant xüsusiyyəti ilə sərbəst radikalları orqanizmdən uzaqlaşdırır. İmmunitet sistemini gücləndirir. Xəstəliklərdən qoruyucu təsir göstərir.
-Günəş, stress və pis qidalanmaya bağlı yaranan tez qocalmağa qarşı, hüceyrələrin zərər görməsini maneə törədərək dərini qoruyur və yaşlanmanı gecikdirir.
-Damarlarda düzgün qan axınını təmin edərək yüksək qan təzyiqini qarşısını alır.
-Kofein miqdarı yaşıl və qara çaya nisbətən çox aşağıdır.
-Metabolizmi sürətləndirərək yağ yandırmağı artırır. Doğru qidalanma və idmana dəstək olaraq içilən ağ çay çəki atmağa və çəkinin qorunmasına köməkçi olur.
-Viruslara qarşı bədəni qoruyucu xüsusiyyəti var.SPİD simptomlarının azalmasına köməkçi olur.
-Yaxşı xolesterini (HDL) yüksəldərkən pis xolesterini (LDL) salaraq ürək-damar sağlamlığını qorumağa köməkçi olur. Aparılan araşdırmalarda gündə 2 və ya daha çox ağ çay içərək insanlarda ürək infarktına bağlı ölüm riskinin 50% nisbətində azaldığı görülmüşdür.
-Qan şəkərini və insulin səviyyəsini tənzimləyərək şəkər xəstəliyinin qarşısının alınmasında və müalicəsində müsbət təsir göstərir.
-Tərkibində olan az miqdarda florid diş və diş ətlərini qoruyur. Dişlərdə plak, çürük yaranmasının qarşısını alır və ağızda pis qoxulara səbəb olan bakteriyaları öldürür.
-Sümük quruluşunu gücləndirər. Romatoid artrit və revmatizma xəstəliklərində müsbət təsir göstərir.

AĞ ÇAYIN İSTİFADƏ QAYDASI
Ağ çay qətiyyən qaynatmaq olmaz. Dəmləmə üsulu ilə 5-6 dəqiə saxlanılıb içilməlidir. Paket çay üçün isə 1 dəqiqəlik gözləmə müddəti kifayətdir. Yüngül bir dadı olduğu üçün ədviyyatlı yeməklərdən sonra içdikdə dadını bilməyə bilərsiniz. Buna görə də yüngül yeməklərdən sonra içmək daha doğru olar.
Sağlamlığınızı qeydinə qalın!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR