Slimfit
  1. CƏMİYYƏT

“Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib

“Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib
Sakura

“Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrın 15-də “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, konfrans AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda çıxış edən Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin köməkçisi Gündüz Kərimov bildirib ki, ölkədə aparılan genişmiqyaslı islahatlar, məhkəmə səmərəliliyinin artırılması bu cür mövzuların müzakirəsini daha da əhəmiyyətli edir: "Mövzu yeni səslənsə də, bu, Avropada uzun müddət müzakirə olunub. Süni intellekt bir bacarıq, qabiliyyətdir. Hər bir intellektin əsas məqsədi insana xidmət etməkdir. İnsan varlığının ifadəsi onun hüquq və azadlıqlarıdır. İnsan hüquqlarının təmin edilməsinə süni müdaxilələr, insanın şəxsi azadlıqlarının pozulmasına gətirən hərəkətlər əlbəttə, qadağan olunmalı və məhdudiyyətlər qoyulmalıdır. Avropada daha çox süni intellektin məhkəmələrdə deyil, hüquq mütəxəssisləri, firmaları və sığorta şirkətləri tərəfindən tətbiq olunmasını müşahidə etmişəm".

AMEA-nın Hüquq və İnsan Haqlari İnstitutunun direktoru Aytən Mustafazadə çıxışında süni intellekt və robotlardan istifadənin hüquq elmində yeni bir istiqamət formalaşdırdığını, süni intellektin cəmiyyətdə yeni çağırışlar edən mühüm məsələ olduğunu qeyd edib: "Dövrün tələbləri ilə ayaqlaşan Azərbaycan elmində, eyni zamanda insan hüquqları sahəsində sözügedən mövzuya dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə belə bir konfransın keçirilir".

Sonra çıxış edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş konfransın əhəmiyyətindən danışıb. O, müxtəlif sahələrdə süni intellektin tətbiqindən söz açıb.

Daha sonra Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının(CEPEJ) prezidenti, hüquq üzrə elmlər doktoru Ramin Qurbanov çıxış edərək bildirib ki, Avropa Komissiyası Avropada məhkəmə sisteminin, ədliyyə və prokurorluq orqanları, vəkillik institutunun fəaliyyətinin səmərəliliyi və keyfiyyətinin artırılmasının təşviqi və dəstəklənməsi ilə fəal məşğul olur: "Ötən ilin dekabrında CEPEJ "Süni intellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası"nı qəbul etdi. Bu da Avropada ilk dəfə olaraq siyasətçilərə, qanunvericilərə və ədliyyə sahəsində çalışan rəhbər şəxslərə milli məhkəmə proseslərində süni intellektin sürətli inkişafı məsələsində istiqamət verə biləcək normativ prinsiplər çərçivəsini təmin etdi. Süni intellekt həmçinin ədliyyəyə əlçatımlığı və ədalət mühakiməsinin keyfiyyətini azaltmalı deyil, əslində gücləndirməlidir".

R.Qurbanov qeyd edib ki, süni intellektin tətbiqi insan hüquqlarına birbaşa təsir göstərə bilər: "Bu sahəni tənzimləyən ilk Avropa Etik Xartiyası məhz rəhbərlik etdiyim qurum tərəfindən hazırlanaraq təsdiq olunub, həmin Avropa Şurasının üzv dövlətlərində olduğu kimi Azərbaycanda da ölkə başçısının məhkəmə-hüquq sisteminə göstərdiyi diqqətin nəticəsi olaraq bu gün məhkəmə sisteminin rəqəmsallaşdırılması istiqamətində irihəcmli işlər görülür. Azərbaycanda ilk dəfə "Süni intellekt və insan hüquqları" mövzusunda beynəlxalq konfrans keçirilir. Avropa dövlətlərində rəqəmsal ədliyyə sisteminə keçid özünü göstərir. Qabaqcıl texnologiyalar arasında süni intellekt ən çox müzakirələrə səbəb olur".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR