Slimfit
  1. AZƏRBAYCAN

Sürüşmə sahəsində əlavə 5 drenaj quyusu qazılır

Sürüşmə sahəsində əlavə 5 drenaj quyusu qazılır
Sakura

Sürüşmə sahəsində əlavə 5 drenaj quyusu qazılır

Nazirlər Kabinetinin tapşırığına əsasən Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin Bayıl dərəsinin sağ yamacında sürüşmə sahəsində apardığı birgə monitorinqlər zamanı sahənin formalaşmış qırılmalarının ölçüləri müəyyən edilib, sürüşmə prosesi aktiv fazada olduğundan oradakı 98 evdə yaşayan ailələr təhlükəsiz ərazilərə köçürülüb. Atmosfer yağıntılarının mövcud qırılma və çatlara sızaraq prosesi daha da aktivləşdirməsini nəzərə alaraq onlar gillə doldurulub.
Bunu Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə dekabrın 15-də keçirilən kollegiya iclasında nazir Kəmaləddin Heydərov deyib. 

Nazir həmçinin deyib: “Badamdar-20-ci sahə avtomobil yolu və ona bitişik ərazilərdə görülmüş işlər zamanı yeraltı suların səviyyəsi 60-65 metr endirilib. Həmçinin həmin əraziyə daxil olan yeraltı suların məhsuldarlığının çox olduğu nəzərə alınaraq əlavə 5 drenaj quyusunun qazılmasına başlanılıb. Nazirlər Kabinetinin müvafiq tapşırıqlarına əsasən Bakı şəhərində subasma, sürüşmə sahələrində yeraltı suların səviyyəsinin aşağı salınması və süxurların nəmliyinin azaldılması məqsədilə Badamdar yaylasının şərq yamacında, Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xətai rayonunun Əhmədli massivi, Gəncə prospekti və General Şıxlinski küçəsi arasındakı, “Alov qüllələri” kompleksindən Nəriman Nərimanov heykəlinədək olan ərazidə, Səbail rayonunun Bayıl yamacında 93 drenaj quyusu qazılıb istismara verilib. Həmin quyuların aidiyyəti təşkilatların balansına verilməsi məqsədilə müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Nazirlər Kabinetinə müraciətlər ünvanlanıb”.
 
Mənbə: Azvision.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR