Slimfit
  1. AZƏRBAYCAN

Şuşi adlı erməni qızı Laçında “Artsax” mahnısı oxuyur

Şuşi adlı erməni qızı Laçında “Artsax” mahnısı oxuyur
Sakura

Şuşi adlı erməni qızı Laçında “Artsax” mahnısı oxuyur

27-ci ildir ki, işğal altında qalan Laçın rayonunun Bozlu kəndini zəbt etmiş azsaylı ermənilərin yaşamından bəhs edən yeni görüntülər yayılıb. 
 
Moderator.az-ın Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim etdiyi videoda öncə dağlar qoynundakı gözəl mənzərə fonunda iyrənc erməni mahnısı səslənir. Daha sonra isə azyaşlı bir erməni qızı kənd cığırı ilə gedə-gedə “Artsax” mahnısı oxuyur. Yanındakı qadınların onu səsləməsindən adının “Şuşi”olduğu bilinir. 
 
Ermənilərin yaşadığı ev təmirli olsa da, ətrafda çoxlu sayda xaraba evlər var. Yalnız uzaqda bir salamat ev görünür. Ermənilərin kənddə xeyli ərazidə lobya, xiyar və s. becərdikləri, arı saxlayaraq bal əldə etdikləri bəlli olur. Həyətlərində bahalı avtomobillər, eləcə də “Belarus” markalı traktor  saxlayıblar. Kənddə az olsa da, tikinti, təmir işləri getdiyi görünür.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR