Slimfit
  1. AVTO VƏ MOTO

Tanınmış jurnal Audi Q7-ni mükafatlandırdı!

Tanınmış jurnal Audi Q7-ni mükafatlandırdı!
Sakura

Tanınmış jurnal Audi Q7-ni mükafatlandırdı!

Hər il ənənəvi olaraq Audi AG dünyamiqyaslı və tanınmış avto- jurnallar tərəfindən mükafatlar qazanır. Yerli bazarda “bestseller” hesab olunan Q7 krossoveri də bu il mükafatsız qalmayıb.

Qafqazinfo” xəbər verir ki, Amerikanın nüfuzlu jurnalı Car & Driver –in redaktorları “10 Best Truck & SUV of the Year” mükafatına artıq 3-cü dəfədir ki,  Q7 krossoverini layiq görüb. Mükəmməl idarəetmə, cəlbedici eksteryer dizaynı və 3-cü sıra ilə təchiz olunması sayəsində Q7 bu il də mükafatlandırılıb.

Qaliblər seqmentə aid olan kriteriyalar nəzərə alınaraq, testlər keçirilməsi ilə seçilir. Xüsusi test yürüşlər üçün treklərdə avtomobillərin performansı yoxlanılır. Audi Q7 modelini test edən redaktorlar həmçinin bu krossoverdə lüks seqmentin komfortu, mükəmməl idarəetmə dinamikası və ən son texnoloji üstünlüklərin mükəmməl balansını qeyd ediblər.

 Qeyd edək ki, yerli bazarda böyük maraq ilə qarşılanan Q7 modeli yerli auditoriya tərəfindən sürücülük dinamikasına, güclü mühərrik performansına, güvənli təhlükəsizlik reytinqinə və ailə üçün komfort interyerinə görə yüksək qiymətləndirilir. Avtomobilin geniş baqaj imkanları, 3cü sıra oturacaqları və sərfəli yanacaq sərfiyyatı bu krossoveri uzaq səyahətlər üçün mükəmməl edir. Ölkəmizdə bu avtomobilin qiyməti 53.900 avrodan başlayır və 5 il zəmanət ilə təklif olunur.

Ekspertlərin seçimi və tövsiyələrinə əməl edərək, keyfiyyətli və tələblərinizə uyğun avtomobil seçmək daha asandır.

 






Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR