Ens.az
22 noyabr 2019, cümə
.
.
chevron_left chevron_right
TƏHSİL

Təhsilə ən çox pul yatıran ölkələrin reytinqi hazırlandı

Təhsilə ən çox pul yatıran ölkələrin reytinqi hazırlandı

67 Baxış
Təhsilə ən çox pul yatıran ölkələrin reytinqi hazırlandı

“Skyeng” şirkəti təhsilə ən çox pul yatıran ölkələrin reytinqini tərtib edib. 36 ölkənin adı çəkilən reytinqdə dövlətin və özəl sektorun öz vətəndaşlarının təhsilinə xərcləri əsas götürülüb.

Beləliklə, adambaşına təhsilə ən çox pul xərcləyən ölkələrin siyasını təqdim edirik:

1. Norveç

İl ərzində bir adamın təhsilinə çəkilən xərc: 4,6 min dollar

Dövlət maliyyələşməsinin ən böyük payı olan ölkələrin “Skyeng” tərəfindən tərtib olunmuş reytinqində Norveç birinci yerdədir. Burada təhsil xərclərinin 99%-i büdcə vəsaitlərinin payına düşür.

2. İsveçrə

İl ərzində bir adamın təhsilinə çəkilən xərc: 3,65  min dollar

Özəl xərclərin əksər hissəsi ali təhsil səviyyəsində baş verir. Belə ki, özəl xərclərin böyük hissəsi  tələbələrin ABŞ, Yaponiya və İspaniya kimi ölkələrdə təhsil almasına sərf olunur.

3. Danimarka

İl ərzində bir adamın təhsilinə çəkilən xərc: 3,3 min dollar

“Skyeng”in tədqiqatında bildirilir ki, təhsil xərclərinin səviyyəsi yaşayış səviyyəsi ilə əlaqəlidir, lakin istisnalar da var.

Belə ki, Danimarka təhsilin maliyyələşdirilməsi üzrə 3-cü yerdədir, lakin 36 ölkə arasında əhalinin yaşayış səviyyəsinə görə 16-cı pillədədir.

4. Lüksemburq

İl ərzində bir adamın təhsilinə çəkilən xərc: 3,17 min dollar

“Skyeng”in məlumatına görə, ABŞ-da özəl bazarın təhsilə xərcləri illik adambaşına 1,1 min dollar, Avstraliyada 830 dollar, Kanada və Yeni Zelandiyada isə müvafiq olaraq 665 dollar və 608 dollardır.

Məsələn, Yunanıstanda bu göstərici ildə adambaşına 57 dollar, Rusiyada isə 47 dollar təşkil edir. Özəl sektor təhsilə ən az İndoneziyada xərc çəkir - hər il adambaşına 13 dollar.

5. İslandiya

İl ərzində bir adamın təhsilinə çəkilən xərc: 2,9 min dollar.

İƏİT cari il ərzində ÜDM-in faiz ilə ifadədə təhsilə Dövlət və özəl xərclərin statistikasını toplayır.

“Skyeng” bildirir ki, İslandiya, İsrail, Argentina, Kosta Rika, Braziliya, Kolumbiya, İndoneziya, Çin, Hindistan, Səudiyyə Ərəbistanı kimi bir sıra ölkələri kifayət qədər göstəricilər dərc edilmədiyi üçün istisna etmək məcburiyyətində qalıblar.

 


Mənbə: Oxu.az




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X