Slimfit
  1. MARAQLI

Televizorun qənimi: YouTube uğursuz tanışlıq xidmətindən necə böyüdü

Televizorun qənimi: YouTube uğursuz tanışlıq xidmətindən necə böyüdü
Sakura

Televizorun qənimi: YouTube uğursuz tanışlıq xidmətindən necə böyüdü

Heç kəsə sirr deyil ki, bu gün YouTube video izləmək üçün bütün dünya üzrə ən böyük, ticari baxımdan uğurlu ən populyar platformadır. Biz mərc gələrik ki, bu gün adı çəkilən xidməti dəstəkləmədiyi təqdirdə bir smartfon və ya digər "ağıllı" cihaz almaq istəməzsiniz. Ens.az xəbər verir ki, əslində, You Tube bir vaxt bütün bu təsvir olunanlardan xeyli uzaq idi və adəti üzrə digər qəfil parlayan uğurlu layihələrdə olduğu kimi, tamamilə fərqli bir şəkildə qurulmuşdu.

Uğursuz tanışlıq saytı

YouTube 2005-ci ildə istifadəyə verildi, lakin onu yaratmaq ideyası bundan bir il qabaq, 2004-cü ildə üç tərtibatçı - Stiv Çen, Çad Harli və Cavid Kərim tərəfindən düşünülmüşdü. Həmin vaxt adı çəkilən bu üçlük ABŞ-da ən populyar PayPal ödəmə sisteminin inkişafı üzərində çalışırdılar və öz işlərindən məmnun idilər. Hər halda, o dövrdə iş yerlərini dəyişmək barədə düşünmürdülər.

Ancaq bu uzun sürmədi. İlk müsahibələrinin birində Kərim bildirirdi: Video paylaşmaq və izləmək üçün bir platforma yaratmaq fikri ilk olaraq gənclərin Hind okeanında sunami videosunu tapa bilməməsindən, habelə futbol üzrə Amerika Super Kubokunun yayımı zamanı müğənni Canet Ceksonun sinəsinin açılması anının görüntülərini axtarmalarından sonra ortaya çıxdı.

YouTube yaradıcıları: - Çad Harli (Chad Hurley), Stiv Çen (Steve Chen) və Cavid Kərim (Jawed Karim).

Sonra saytın əvvəlki versiyası bir qədər "düzəldildi" və xidmətin bütün üç qurucusu, videoları İnternetdə paylaşmağın daha asan yolunu axtardıqlarını iddia etməyə başladılar. Həqiqətən, həmin vaxtlar əksər istifadəçilər qısa klipləri mobil telefonlarda və ya kompüterlərdə saxlayırdılar - onları bir-biri ilə bölüşmək çətin idi.

Ancaq başqa bir versiya da var. YouTube-un əvvəlcə tanışlıq saytı olaraq qurulduğu və ABŞ-da populyar olan "Hot or Not" xidmətindən ilhamlandığı deyilir. Bunu həqiqət kimi qəbul etsək belə, hət halda qeyd olunmalıdır ki, bu sistemdə çalışmaqdan tezliklə imtina olunmuşdu. "Business Insider" yazır ki, hətta qızların videoanketlərini yerləşdirmək istəyi ilə ünvanlı reklam da layihənin uğurlu olması üçün kömək etməmişdi.

Bununla belə, ilk istifadəçilər sayt vasitəsilə video izləməyin rahat olduğunu tez başa düşdülər və öz videolarını buraya yükləməyə başladılar. Çen, Harli və Kərim bu marağı hiss edib iş modelini dəyişdirdilər və zaman təsdiq etdi ki, uğursuz olmadılar.

«Özün özün üçün televizorsan»

Saytdakı ilk video San Diego Zooparkında (ABŞ) Cavidin özü tərəfindən çəkilən 18 saniyəlik bir video idi. Video 24 aprel 2005-ci ildə yayımlanıb. May ayında, saytın əsas səhifəsinin ilk versiyası (beta testdə olsa da) satışa çıxdı; sentyabr ayında Nike-ın reklamı milyonlarla baxış toplaya bildi.

Həmin ilin dekabr ayında YouTube 3.5 milyon dollar həcmində ilk sərmayəni cəlb etdi - o dövrdə sayt hər gün səkkiz milyon baxış gətirirdi, bu göstərici isə daim artırdı. Bir müddət sonra bir neçə yeni şirkətlərdən gələn gəlirlər 11 milyon dolları ötdü və 2006-cı ilin iyul ayında platformada baxış sayı gündə 100 milyona çatdı.

Sayta yerləşdirilın videoların çox hissəsi istifadəçilərin özləri tərəfindən yayımlanırdı. Belə bir konsepsiya xidmətin adı ilə tamamilə üst-üstə düşür. Axı YouTube-un açması bu şəkildə deyilə bilər: "Tube" sözünün bir mənası televiziya deməkdir (və ya elektron şüa borusu). Beləliklə, "sən özün özünə televizorsan" kimi bir şey ortaya çıxır.

YouTube öz inkişafının ilk mərhələlərinə nəzər saldı

Nəhayət, 2006-cı ilin oktyabrında YouTube tarixində ən vacib hadisələrdən biri baş verdi: Onunla maraqlanan Google inanılmaz məbləğə - 1,65 milyard dollara platformanı əldə etdi. Müqayisə üçün: altı il sonra, 2012-ci ildə Facebook İnstagram-ı bir milyard dollara almışdı.

O zaman Youtube-un inkişafı üzərində 60 nəfərdən bir qədər artıq adam çalışırdı. "Business Insider" yazır ki, "qurucu atalar" təxminən 400 milyon xalis mənfəət əldə etdilər - və bu, onu qurduqdan cəmi bir il sonra baş vermişdi.

Tezliklə Çen və Kərim işdən getdilər, yalnız Harli icraçı direktor olaraq qalsa da, 2010-cu ildə məsləhətçi mövqeyini saxlayaraq o da işdən çıxdı.

İki milyard istifadəçi

Xidmətin gələcək tarixini mənfi tərəfdən səciyyələndirmək ən azı çətindir: video hosting inkişaf etməyə, həm də yeni-yeni rekordlar qıraraq davam edir. Ancaq qalmaqallar da olmamış deyil.

2012-ci ildə "Gangnam Style" musiqi videosu ilk dəfə bir milyardlıq baxış sayına yüksələ bildi və 2013-cü ilin mart ayına qədər aylıq aktiv YouTube istifadəçi bazası bir milyarda çatdı. 2019-cu ilin sonuna olan məlumata görə, saytda iki milyarddan çox istifadəçi var və hər dəqiqə istifadəçilər tərəfindən 500 saatlıq videomaterial yüklənir.

Müstəqil bir tətbiq olaraq YouTube ən populyar mobil platformalarda - smartfonlarda, planşetlərdə, eləcə də Android və iOS ilə işləyən digər cihazlardan tutmuş, smart-TV sistemi olan televizorlara qədər görünür. Bu gün istifadəçilərin təxminən 70% -i YouTube videolarını kompüterlərdən deyil, xüsusi olaraq mobil cihazlardan izləyir. Eyni zamanda, dünyadakı bütün mobil internet trafikinin 37% -i Youtube-dadır.

Lakin YouTube heç vaxt tənqidsiz də olmayıb. Son qalmaqallardan biri YouTube kanalları müəlliflərinin digər istifadəçilər tərəfindən təhqir olunması ilə əlaqədardır - xüsusən cinsi oriyentasiya və etnik mənada. Bundan sonra, YouTube nümayəndələri xidmətdən istifadə qaydalarını möhkəmləndirərək yeni qaydaları təqdim etdilər.

Bundan bir neçə il əvvəl video xidməti uyğun olmayan videolarla əlaqədar bəzi reklamverənləri itirdi. Həmin vaxt böyük qlobal şirkətlər reklamlarının millətçilik və ekstremizmə həsr olunmuş reklam çarxlarında görünməyə başladığını aydınlaşırdılar. Oxşar vəziyyət Disney, Nestle, Purina və McDonald's ilə əlaqəli də baş verdi - onlar pedofillərə marağı nümayiş etdirən videolarla qalmaqal üzündən məhsullarını YouTube-da reklam etməkdən imtina etdilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR