Slimfit
  1. MARAQLI

Tesla fabrik açmaq üçün Almaniyada 300 hektar meşəni qıracaq

Tesla fabrik açmaq üçün Almaniyada 300 hektar meşəni qıracaq
Sakura
:0

Tesla ekoloji cəhətdən təmiz avtomobillər hazırlamaq üçün meşəni qıracaq

Ens.az xəbər verir ki, Grundhaymdakı meşə İlon Maskın Avropa fabriki üçün qırılacaq.

Almaniyada İlon Maska Tesla fabriki qurmaq üçün Berlin yaxınlığında 300 hektar meşənin kəsilməsinə icazə verilib. Bu barədə Ens.az bildirir.

Mask Şanxaydakı fabrikinin açılışında rəqs edər etməz - bir ay sonra Berlin yaxınlığındakı Grundhaymda yeni fabrik açmağa girişir. Bunun üçün o, qeyd olunan ərazidə 40,1 milyon dollara torpaq sahəsi alıb. Növbəti mərhələ meşələrin qırılmasıdır.

Yerli sakinlər isə buna ciddi etirazlarla reaksiya verirlər. Onların yeni qurulacaq müəssisənin içməli suyu çirkləndirəcəyi, həddindən artıq miqdarda su istehlak etməsi və meşələrin qırılmasının bir çox heyvanın ölümünə səbəb olacağı ilə bağlı əndişələri var.

Ancaq bütün bunlara baxmayaraq, şirkət gələn ilin əvvəlində istehsala başlamağı planlaşdırır. Buradakı fabrikdə 8000 iş yeri yaradılacaq. Əvvəlcə 150 ​​min elektrik avtomobili istehsal etmək planlaşdırılır. Sonradan bu say Y modeli və 3-cü modellə birgə 500.000 avtomobilə qədər artırıla bilər.

Bundan əvvəl İlon Mask bildirmişdi ki, bu zavodda elektrikli nəqliyyat vasitələri ilə yanaşı elektrik mühərrikləri və batareyalar da istehsal ediləcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR