Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tez-tez ağlamaq istəyi menopauzadan xəbər verir

Tez-tez ağlamaq istəyi menopauzadan xəbər verir
Sakura

Tez-tez ağlamaq istəyi menopauzadan xəbər verir

Qadınlarda davamlı ağlama istəyi menopauzanın əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, bunu türkiyəli doktor Rukiyye.G bildirib. Onun sözlərinə görə, menopauza dönəmini daha rahat keçirtmək üçün fərdi müalicələr mütləqdir.
Qadınların tam yetkinlik dövründən yaşlılığa keçid kimi qiymətləndirilən menopauza, adətən 45-55 yaş aralığında başlayır və estrogen azalması səbəbindən menstruasiyanın sonlanması ilə nəticələnir.
 
Həkimin sözlərinə görə, ən az bir il menstruasiya olmayan qadınlar menopauza dövrünə girmiş sayılır. Qadınların irq, doğuş sayı, siqaretdən istifadə, keçirdikləri əməliyyatlar, kimya terapiya, raditerapiya və s. həyati hərəkətləri menopauza yaşlarına təsir edir.
Menopauzanın əsas simptomları arasında tez-tez ağlama hissinə qapılma öndə gəlir. Bundan əlavə yuxu pozğunluğu, menstruasiya pozuntuları, depresiya, qıcıqlanma, sümük əriməsi, dərinin və dırnaqların incəlməsi, vaginanın quruması, cinsi əlaqə zamanı ağrı, qaşınma və ya yanma hissi, istilik basması, tərləmə və s. kimi göstəriciləri də vardır.
 
Həkim menopauza dövründə yarana biləcək problemlər haqqında da söz açıb. Belə ki, kalsium azlığı,fiziki fəaliyyətin olmaması, hormonal balansın pozulması artdıqca sümük xəstəlikləri ortaya çıxa bilər.
 
Estrogenin azalması xolestrolun artmasına və damar tıxanmasına səbəb olur. BU isə infarkt və iflic olma riskini yaradır. Qadınların bu dövrü sağlam keçirməsi üçün həyat tərzlərini dəyişməli, daha sağlıqlı qidalanmalı, idmana və vaxtlı-vaxtında müayinəyə zaman ayırmalıdırlar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR