Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tibb dünyasında yenilik — Bu üsul xərçəng xəstələrinə ümid olacaq

Tibb dünyasında yenilik — Bu üsul xərçəng xəstələrinə ümid olacaq
Sakura

Bazel universitetinin alimləri tibb dünyasında yeni kəşfə imza atıblar

Ölkə.Az” xəbər verir ki, “Medixalxpress”in məlumatına əsasən, alimlər döş xərçəngi zamanı metastazın yaranmasının qarşısını alan üsulu kəşf ediblər.

Mütəxəssislər 2486 birləşmə üzərində geniş sınaqlar keçiriblər və onların sirkulyasia edən şiş hüceyrələrinə təsirini müəyyən ediblər.

Epigentik nəzarət mexanizminin təsiri ilə bu hüceyrələr toxumaya yapşır . Nəticədə isə klasterlər yaranır və ikinci şişin yaranması ilə nəticələnir. Təcrübə zamanı “Na +/K + ATPase” inqibitoru aşkar edildi. Bu inqibitor prosesə mane olur. İnqibitor klasterlərini ayrı hüceyrələrə parçalayır və epigenetik requlyasiya prosesini dayandırır.

Təcrübə qrupunun rəhbəri Nikola Atseto deyib:

“Biz xərçəngə qarşı ümumi qəbul edilmiş mübarizə üsullarından fərqli olan üsul axtarmağa çalışırdıq. Nəticədə biz xərçəng hüceyrələrini məhv edən yox, onların birləşməsinin qarşısını alan preparat kəşf etdik”.

Alimlər qeyd edirlər ki, metastaz onkologiya ilə bağlı ölümlərin 90 faizinin səbəbidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR