
Dərc edildi: Baxış sayı: 406
Tiflis-Bakı reysi niyə gecikir? - AZAL-dan açıqlama
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin J2-8230 nömrəli Tbilisi-Bakı reysi texniki səbəblərdən gecikir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
"Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk", - deyə aviaşirkət bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət