Slimfit
  1. TEXNOLOGİYA

“Toshiba” dünyanın ən sürətli alqoritmini yaradıb

“Toshiba” dünyanın ən sürətli alqoritmini yaradıb
Sakura

“Toshiba” dünyanın ən sürətli alqoritmini yaradıb

Yaponiyanın elektron sənayesi sahəsində nəhənglərindən biri olan “Toshiba” şirkəti dünaynın ən sürətli alqoritmini yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-lərinin şirkətə əsasən yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, yeni formul müasir standart kompüterlərin hesablama imkanlarını xeyli artıracaq.

Şirkətdən bildirilir ki, bu alqoritm bir neçə alternativ arasından ən optimalını seçmə imkanı olan kombinə edilmiş optimallaşdırma sahəsində böyük inqilab hesab edilir.

Yeni formul həm cəmiyyətdə, həm biznesdə, həm çatdırılma zamanı ən səmərəli marşrutun seçilməsində, həm də yeni dərmanların hazırlanması prosesinin sadələşdirilməsində müxtəlif problemlərin həllini sürətləndirəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR