Slimfit
  1. MƏTBƏX

Toyuq şorbası içməyiniz üçün önəmli səbəb - Bu xəstəliklərin dərmanıdır

Toyuq şorbası içməyiniz üçün önəmli səbəb - Bu xəstəliklərin dərmanıdır
Sakura

Toyuq şorbası içməyiniz üçün önəmli səbəb - Bu xəstəliklərin dərmanıdır

Mütəxəssislər, toyuq şorbasının insan bədənindəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri amin turşularının çox zəngin bir qaynaq olduğunu söyləyib. Həmçinin bu qida bədəni xəstəliklərdən qoruyur.

 Medicina.azxəbər verir ki, qədim dövrlərdən bəri faydaları ilə tanınan toyuq bulyonu şorbası, Misirdə ümumi soyuqluq üçün istifadə edilib. Hətta məşhur alim İbn Sinanın müalicə üsullarında bu qidanın adı keçir.

Toyuq şorbasının faydaları nələrdir? Soyuq hava insanın maddələr mübadiləsində bəzi dəyişikliklərə səbəb olduğu üçün bədənin müdafiə mexanizmini xəstəliklərə qarşı zəifləyir. Məsələn, yorğunluq, əzələ, çiyin, bel və boyun ağrıları və zehni problemlər kimi bir çox xəstəliklərə yol açır.Nəticədə soyuqdəymə və qripə tutulma riskini artırır.

Bunların qarşısını almaqda toyuq bulyonu əvəzedilməz vasitədir. Bulyon aşağıdakı narahatlıqlara kömək edir:

 Oynaq ağrıları

Qış aylarında oynaq xəstəliyinin qarşısını almaq üçün sağlam və güclü bəslənmənin əhəmiyyətini vurğulayan mütəxəssislər, toyuq bulyonu şorbasında çox zəngin olan mineralların, oynaq ağrıların qarşısını aldığını bildirib.

Ağ qan hüceyrələrini qidalandırmaq

Toyuq bulyonundakı maddələrin xəstəliklə mübarizə aparan ağ qan hüceyrələrinin istehsalına töhfə verdiyini deyən mütəxəssislər, onun bədəni soyuqdəymədən və digər xəstəliklərdən də qoruduğunu söyləyirlər.

Amin turşusu mənbəyidir

Əsrlər boyu şəfa mənbəyi kimi tanınan toyuq bulyonu, bədəndəki hüceyrələrin böyüməsi və bərpası üçün zəruri olan amin turşuları ilə çox zəngin bir qidadır.

Sinusitləri təmizləyir

Qış aylarında həm içimizi isidən, həm də minerallarla zəngin toyuq bulyonu tənəffüs yollarımızın açılmasına güclü təsir edir. Həmçinin sinusiti açaraq ağrılardan azad olmamıza kömək edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR