
Dərc edildi: Baxış sayı: 116
Tramp: "Daha bir ABŞ vətəndaşı azad edilərək ölkəyə qaytarılacaq"
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların daha bir vətəndaşının azad edilərək ölkəyə qayıdacağının anonsunu verib.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə Rusiyadan azad edilərək ABŞ-yə qayıtmış Mark Foqel ilə görüşdə deyib.
Siyasətçi vurğulayıb ki, fevralın 12-də M.Foqelin ardınca daha bir amerikalı azad edilərək ölkəyə qayıdacaq. D.Tramp onun və qaldığı ölkənin adını açıqlamayıb.
Dövlət başçısı M.Foqel ilə söhbət zamanı Rusiyanın hərəkətlərini yüksək qiymətləndirib, azad edilənin özü isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən əfv edildiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət