
Dərc edildi: Baxış sayı: 139
Trampdan Maska tapşırıq - "Dövlət qurumlarını yoxla!"
ABŞ Prezidenti Donald Tramp Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska dövlət qurumlarında yoxlamaların təşkili barədə göstəriş verməyi planlaşdırır.
Ens.az Teleqraf.Az-a istinadən xəbər verir ki,o, bu barədə “Fox News” telekanalının efirində danışıb.
“Ona göstəriş verəcəm ki, Təhsil Nazirliyini də yoxlasın. Eyni şeyi orada da tapacaq. Ondan sonra da deyəcəyəm: gəl hərbiyə gedək, hərbini yoxlayaq. Biz yüz milyardlarla dollar fırıldaqçılıq və sui-istifadə tapacağıq”, - deyə Tramp bildirib.
O əlavə edib ki, amerikalılar ona bu cür sxemləri ifşa etsin deyə, səs veriblər.
Tramp qeyd edib ki, Mask bu prosesə həvəslidir və şəxsi mənfəət güdmür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət