Slimfit
  1. DÜNYA

Trampın vəkilləri demokratları tənqid edib

Trampın vəkilləri demokratları tənqid edib
Sakura

Trampın vəkilləri demokratları tənqid edib

ABŞ Senatında prezident Donald Trampın impiçmenti ilə bağlı keçirilən dinləmələr zamanı prezidentin vəkilləri demokratları tənqid edib. 

Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, vəkillər mövcud ziddiyyətlərə işarə edərək, impiçment işində irəli sürülən ittiham aktını tənqid ediblər.

“Burada nə ilə məşğuluq? Niyə buradayıq? Telefon zənginə görə buradayıq? Yoxsa biz buradayıq ki, prezidentin and içdiyi andan onu vəzifəsindən kənarlaşdırmaq istəyi var?” - deyə Senatda vəkillərdən biri Cey Sekulov bildirib.

Onun sözlərinə görə, Demokratlar seçkilər zamanı Trampın Rusiya ilə ehtimal edilən əlaqələri ilə bağlı heç bir nəticə əldə edə bilmədikləri üçün Ukrayna məsələsinə keçiblər.

“Prokurorlar da impiçment prosesini lazımi qaydada aparmayıb, o cümlədən bütün hüquqi tərəflər nəzərə alınmayıb. Son üç ildə baş verən hər şeyə göz yummaq çirkinlikdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR