6 iyun 2020, şənbə
.
.
chevron_left chevron_right
KİNO

“TRT AVAZ” televiziya kanalında Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş film göstərilib

“TRT AVAZ” televiziya kanalında Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş film göstərilib

176 Baxış
“TRT AVAZ” televiziya kanalında Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş film göstərilib

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənədli filminin 20-ci bölümü Azərbaycanın tanınmış milyonçusu, dünya şöhrətli xeyriyyəsi Hacı Zeynalabdin Tağıyevə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun ssenari müəllifliyi ilə ekranlaşdırılan filimdə Hacı Zeynalabdin Tağıyevin zəngin mənalı ömründən bəhs olunur. Milyonçunun bütün həyatını əks etdirən kadrlara aid mətinlərdə onun sağlam düşüncəsi, uzaqgörən qərarları, milli mətbuatımızın inkişafına, təhsil və maarifçilik işlərinə göstərdiyi dəstək, Bakının abadlaşması naminə həyata keçirdiyi tədbirlər barədə tamaşaçılara müfəssəl məlumat verilib.

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, yazıçı Mina Tansel və başqaları tarixi faktlar və rəsmi sənədlər əsasında böyük xeyriyyəçinin tarixi fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının milli oyanışında, Cümhuriyyətimizin qurulmasında böyük əməyi olan Hacı Zeynalabdin Tağıyevin həmişəyaşar adı müasir Azərbaycan dövlətində ən sevimli tarixi şəxsiyyət kimi uca tutulur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 1 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ
Oxşar xəbərlər

X