Slimfit
  1. MEDİA

"TUĞ" filminin təqdimat mərasimi keçirilib

"TUĞ" filminin təqdimat mərasimi keçirilib
Sakura

"TUĞ" filminin təqdimat mərasimi keçirilib

Ötən gün (16 mart) BÜTÖV AZƏRBAYCAN OCAQLARI-nın dəstəyilə "TUĞ" filminin təqdimat mərasimi keçirilib.

Filmin Mətbuat Xidmətindən aldığımız  məlumata görə, ssenari müəllifi və rejissoru ELŞƏN İSMAYIL olan "TUĞ" filmi vətənpərvərlik təbliği məqsədiylə çəkilmiş və milli birliyimizdən bəhs edir. Filmdə baş verən hadisələr tamamən uydurma olsa da, real həyatla səsləşən ciddi siyasi məqamlar var.

Baş rollarda gənc aktyorlar FARRUKH_JK, İQRAR FƏRZƏLİYEV, AZƏR ŞİRİNOV, aktrisa GÜNAY VƏLİYEVA çəkilib. Filmdə digər rolları FARİZ CƏFƏROV, ASLAN XANKİŞİYEV, YETİM QACAR, ELÇİN HƏSƏNLİ, ƏŞRƏF ŞƏBƏNDƏYEV, CEYHUN SADİZADƏ, ƏKBƏR ƏLİ, NİCAT ELXANOĞLU, ŞAHİN ŞƏBİYEV, RAUF QARAYEV, ELMİR HACIZADƏ, ELŞƏN İSMAYIL VƏ başqaları canlandırıblar.

Filmin premyerasında AZƏRBAYCAN TURAN OCAĞI-nın İH üzvü SAMİR TURAN, bir neçə milli-siyasi təşkilat rəhbəri, jurnalistlər, media nümayəndələri və başqa elm, sənət adamları iştirak edib.

Film izləyicilərə təqdim edildikdən sonra dəyirmi masa arxasında müzakirəyə çıxarılıb. İlk çıxışçı olan SAMİR TURAN film heyətini təbrik etdikdən sonra bildirib ki, belə filmlərin ərsəyə gəlməsi vətənpərvərlik və dövlətçilik ənənələrinin yaşadılması və milli təbliğatın inkişafı baxımından böyük önəmə sahibdir. Bundan sonra da bu cür milli-siyasi həqiqətləri aydınladan filmlərin çəkilməsi üçün yaradıcı heyətə və bütün milli düşüncəli sənətçilərə həm xalq, həm dövlət tərəfindən dəstək verilməsi vacibdir. Çünki bu mövzulu filmlərdə VAHİD VƏTƏN ideyası, ümummilli birlik məfkurəsi var.

Filmdə rol almış istedadlı şair YETİM QACAR öz çıxışında filmdəki bəzi qüsurları qeyd edərək bildirib ki, gələcək layihələrin uğuru və daha geniş izləyiciyə çatdırılması üçün film heyəti daha diqqətli və əzmli olmalıdır. Ən əsası milli məsuliyyətin dərk edilməsi üçün əlindən gələni etməlidir. Maddi durum nə olursa olsun belə filmlər hər zaman çəkilməli və gənclərimizin milli ruhda tərbiyələndirilməsi işinə öz töhfəsini verməlidir.

Dəyərli jurnalist və filmin müsbət obrazlarından olan ASLAN XANKİŞİYEV də öz növbəsində film heyətini təbrik edərək onların işinə heyran qaldığını və belə bir milli ruhlu,  eləcə də yüksək enerjili komandayla çalışdığı üçün məmnun olduğunu bildirib.

Sonda filmin gənc aktyorları FARRUKH_JK, İQRAR FƏRZƏLİYEV, aktrisa GÜNAY VƏLİYEVA və digərləri çıxış edərək film barəsində öz fikirlərini söyləyib izləyicilərin onlara verdiyi dəyərə görə minnətdarlıqlarını bildiriblər.

Filmin ssenari müəllifi və rejissoru ELŞƏN İSMAYIL təqdimatdan çox razı qaldığını bildirərək növbəti film haqqında müəyyən ipucları verdi: hekayə davam edir. Bundan sonra siz illərdir dünyaya vəba kimi yayılan terrorun pərdəarxasından və terroru idarə edən qüvvələrdən xəbərdar olacaqsınız.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR