Slimfit
  1. CƏMİYYƏT

Turizm zonalarında bəzi fəaliyyətlər qadağan olunur

Turizm zonalarında bəzi fəaliyyətlər qadağan olunur
Sakura

Turizm zonalarında bəzi fəaliyyətlər qadağan olunur

Azərbaycanda turizm zonalarında bir sıra fəaliyyətlər qadağan olunur. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsi (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilir.

Belə ki, layihə sözügedən zonaların xüsusiyyətləri nəzərə alınmaqla “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğunlaşdırma məqsədilə hazırlanıb.

 

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR