Slimfit
  1. BİOQRAFİYA

Türk ixtiraçı: Cizrəli Ebül-İz

Türk ixtiraçı: Cizrəli Ebül-İz
Sakura

Cizrəli Ebül-İzin bioqrafiyası

Bu elm adamı dövrümüzdən neçə əsr əvvəl su və mexaniki parçalar vasitəsi işləyən cihazlar yaratmış və gündəlik həyatda tətbiq etmişdi.

Bu elm adamı dövrümüzdən neçə əsr əvvəl su və mexaniki parçalar vasitəsi işləyən cihazlar yaratmış və gündəlik həyatda tətbiq etmişdi. Adı Cizrəli Ebül-İz olan bu ixtiraçı 800 il əvvəl yaşayıb. Başqa sözlə Əl-Cəzəri öz ixtiralarını Leonardo Da Vinçidən 150 il əvvəl yaradıb və kitablaşdırıb.

1136-cı ildə indiki Türkiyə ərazisi olan  Cizrədə doğulub, 1206-cı ildə də orda vəfat edib.  Mədrəsədə təhsil alan  Əl-Cəzəri əsasən mexanika sahəsinə meyllənib və bu sahədə bir çox ixtiraya imza atıb.

 Qərb ədəbiyyatında E.Ə. 300-cü illərdə yunan riyaziyyatçı Arxitas tərəfindən buxarla işləyən göyərçin düzəldildiyi qeyd olunsa da robotla əlaqəli ən qədim yazılı qeyd Əl-Cəzəriyə aiddir.

Dünya elm tarixi baxımından bugünkü kibernetika və robot sahəsində fəaliyyət göstərən ilk elm adamı olan Cəzərinin düzəltdiyi avtomatik maşınlar dövrümüzdə mexanika və kibernetika elmlərinin əsasını təşkil edir. "Mexanika hərəkətlərindən mühəndislikdə faydalanmaqdan bəhs edən kitab" adlı kitabın müəllifidir. Əl-Cəzəri bu kitabda 50-dən çox cihazın istifadə əsaslarını, faydalanma qaydalarını sxemlərlə göstərib. Kitabın 15 nüsxəsinin 10-u Avropanın müxtəlif muzeylərində 5-i isə  Topqapı və Süleymaniyyə kitabxanalarında saxlanılır.

Səlcuqilər dövründə yaşayan Əl-Cəzəri saraya çağırılıb və 20 il boyunca sarayda çalışıb. Hökmdarın tapşırığı ilə kitab yazan alim ərəbcə yazdığı əsərdə icad elədiyi cihazların rəsmlərini də çəkib.

Əl-Cəzəri kitabında 50 cihazın sxemini verib. Bu cihazların altısı su saatı, dördü şamlı saat, yeddisi əyləncə məqsədi ilə istifadə olunan avtomatlar, üçü dəstəmaz almaq üçün istifadə olunan avtomat, dördü qan alma ləyəni, altısı fəvvarə, dördü özündən səs çıxaran cihaz, beşi suyu yuxarı qaldıran cihaz, ikisi kilid, biri transporter, biri qayıq su saatı və şəhərin qapısıdır.

Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirib.

Bu cihazlar hava, boşluq və tarazlıq prinsipləri ilə çalışırdı. Hava və atmosferin xüsusiyyətləri hələ lap qədimdən elm adamlarının marağına səbəb olmuşdu. Bu prinsiplər E.Ə. 3-cü əsrdən bəri məlum idi. Arximed və başqa alimlərin işlərini xatırlamaq bəs edir. Əl-Cəzəri isə bu biliklərdən ən yüksək şəkildə yararlanaraq özünün cihazlarını yaratmışdı.
Əl-Cəzərinin düzəltdiyi saatlar arasında fil saatı, şamlı saatlar, dəstəmaz almaq üçün avtomatlar, suyu yuxarı çıxaran mexanizmlər - nasoslar mövcuddur.

 

Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirib.

Bu cihazlar hava, boşluq və tarazlıq prinsipləri ilə çalışırdı. Hava və atmosferin xüsusiyyətləri hələ lap qədimdən elm adamlarının marağına səbəb olmuşdu. Bu prinsiplər E.Ə. 3-cü əsrdən bəri məlum idi. Arximed və başqa alimlərin işlərini xatırlamaq bəs edir. Əl-Cəzəri isə bu biliklərdən ən yüksək şəkildə yararlanaraq özünün cihazlarını yaratmışdı.
Əl-Cəzərinin düzəltdiyi saatlar arasında fil saatı, şamlı saatlar, dəstəmaz almaq üçün avtomatlar, suyu yuxarı çıxaran mexanizmlər - nasoslar mövcuddur.

 

Əl-Cəzarinin düzəltdiyi konstruksiyalardan biri də "Fil saatı" adlanan saat konstruksiyasıdır. Fil saatı müsəlman texniki elminin gözəl nümunələrindən biridir. Bu saata da mütəxəssislər tərəfindən astronomiyada istifadə edilən qurğular kimi yüksək qiymət verilmişdir. Onun uzunluğu 1,4 - 2 m arasında qiymətləndirilir. Bu cizgidə həm də saatın işləmə prinsipi və konstruksiyası təsvir olunub. Saatda tətbiq olunmuş müxtəlif hissələrə müasir avtomobillərdə istifadə olunan ayrı-ayrı idarə sistemlərinin işləmə prinsipində rast gəlmək olur. Hər 1 saatdan bir tamam olmuş vaxtı göstərmək üçün Əl-Cəzari quş səslərindən istifadə edən avtomatik qurğunu tətbiq edib.Saatın işləməsi Yerin cazibə qüvvəsinə əsaslanır. Saat əsasən iki mexanizmdən ibarətdir. Birinci mexanizm saatın alt hissəsində yerləşdirilib və içərisində su olan qabdan və süzgəcdən ibarətdir. Süzgəc alt hissəsində dəqiq kalibrlənmiş bir deşik olan içi boş qabdan ibarətdir. Qabın üst tərəfi açıq olur. Süzgəc suyun üzərində üzəndə, onun altındakı deşikdən qaba su daxil olur. Suyun daxil olma sürəti elə tənzim olunur ki, süzgəcin suda tam batması bir saatı əhatə edir. Qaba dolan su onu tədricən suda batmağa məcbur edir. Süzgəcə bir zəncir və bir ip bağlanır. İp qurğunun yuxarı hissəsində yerləşdirilmiş, içərisində kürələr qoyulmuş mexanizm ilə əlaqələndirilir. Bu, saatın ikinci əsas hissəsini təşkil edir. Üzgəc suyun dibinə endikdə bu iplə mexanizm aktivləşir. Bunun nəticəsində, mexanizm dönərək onun altında yerləşmiş ilanın ağzına bir kürə buraxır. Kürənin ağırlığından ilanın sərbəst bərkidilmiş başı aşağıya əyilir. İlanın başı aşağıya əyilərək, müəyyən bucaq dönəndən sonra kürəni sərbəst buraxır. Kürə aşağı hissədə yerləşdirilmiş vazaya düşür və əks əlaqə mexanizmini işə salır.

Böyük Şərq alimi Əl-Cəzərinin işləri avtomat mexanizmlərin hazırlanmasında nümunə olaraq götürülmüş, onun işləri Qərbdə diqqət yaratmışdır.

XX əsrdə alman professor Wideman Əl-Cəzərinin ixtiraları ilə maraqlanmış, onun əsərini çevirmiş üstəlik ixtiralarından bir neçəsini hazırlamışdır. 1976-cı ildə Londonda keçirilən İslam Festivalında Əl-Cəzərinin su saatlarından biri nümayiş olunmuşdur.

 

Mənbə: TRT Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR