Slimfit
  1. TARİX

Türk ordusu Bakını bu xəritə əsasında azad edib

Türk ordusu Bakını bu xəritə əsasında azad edib
Sakura

Türk ordusu Bakını bu xəritə əsasında azad edib

Bu gün 15 sentyabr Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 101-ci ildönümüdür. Məhz 101 il bundan öncə Osmanlı ordusu Azərbaycan hərbçiləri ilə birlikdə Bakını düşmən qüvvələrindən azad etməklə şəhərdəki qırğın və qətliamlara son qoyub.

Hazırda İstanbulda olan Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu Moderator.az-a Osmanlı arxivindən maraqlı fotolar göndərib. Bu fotolardan biri Bakının 101 il öncəsi xəritəsidir. Hansı ki, türk ordusu Bakını məhz bu xəritə əsasında azad edib.

Digər bir sənəd isə türk-Azərbaycan hərbçilərinin Zəngəzurda 400 nəfər erməni hərbçisini məhv etdiyini, düşməni məğlubiyyətə uğratdığını əks etdirən sənəddir. 

Hansı ki, sözügedən raport erməni ordusunun türk-Azərbaycan hərbçilərinin hücumu qarşsında davam gətirmədiyini, arxalarıyca çoxlu sayda ölü buraxaraq qaçdığını əks etdirir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR