Slimfit
  1. TÜRKİYƏ

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
Sakura

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Avqustun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Metbuat.az Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, aktual və regional məsələlər müzakirə edilib.

Dövlət başçıları Fransa ilə Türkiyə arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsinin, qarşılıqlı investisiyaların həcminin artırılmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrağın fransalı həmkarı ilə yaxın müddətdə görüşməsi qərara alınıb.

Fransa Prezidenti Türkiyənin iqtisadi sabitliyinin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Prezidentlər, həmçinin Suriyadakı vəziyyət barədə də müzakirələr aparıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR