Slimfit
  1. SİYASƏT

Türkiyə və Pakistan Azərbaycana növbəti dəfə dəstək veriblər

Türkiyə və Pakistan Azərbaycana növbəti dəfə dəstək veriblər
Sakura

Türkiyə və Pakistan Azərbaycana növbəti dəfə dəstək veriblər

Türkiyə və Pakistan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi məsələsində Azərbaycana növbəti dəfə dəstək veriblər.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, Pakistanın xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə yanvarın 13-də İslamabadda keçirilən üçtərəfli görüşün yekun bəyannaməsində əksini tapıb.

"Nazirlər Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar edirlər. Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalırlar", - bəyannamədə vurğulanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR