Slimfit
  1. TÜRKİYƏ

Türkiyədə ailənin 10 ildir yediyi meyvənin adını bilən yoxdur

Türkiyədə ailənin 10 ildir yediyi meyvənin adını bilən yoxdur
Sakura

Türkiyədə ailənin 10 ildir yediyi meyvənin adını bilən yoxdur

Türkiyədə bir ailənin 10 ildir yediyi meyvədən heç kim baş aça bilmir. Meyvənin adını hətta bu sahənin mütəxəssisləri də müəyyənləşdirə bilmir.

Bizimyol.info xəbər verir ki, Əskişəhirdə yaşayan Bor ailəsi 10 il əvvəl bağda əkdiyi meyvə ağacından götürdüyü məhsulla hamını təəəccübləndirir. Meyvənin hər birinin çəkisi kiloqrama çatır. Həm armuda, həm almaya, həm də heyvaya oxşayır. Necmettin Bor mütəxəssislərin nümunə götürdüyünü, amma yenə adını dəqiqləşdirmək mümkün olmadığını deyir.

Ailədə bildirirlər ki, meyvə daha çox armuda yaxın, meyxoş dad verir. Tam yetişəndə qırmızı rəngdə olur. Noyabrın sonuna qədər bar verir. Şəkər xəstələrinə yaxşı təsir edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR