Slimfit
  1. GÜNDƏM

Türkiyəli ilahiyyatçı: Türklük xəyanət, separatizm, haramdır

Türkiyəli ilahiyyatçı: Türklük xəyanət, separatizm, haramdır
Sakura

Türkiyəli ilahiyyatçı: Türklük xəyanət, separatizm, haramdır

Ens.az bildirir ki, Türkiyədə ilahiyyatçı professor Mustafa Karataş Kanal 7 televiziyasında yayımlanan iftar proqramında Türkçülük "xəyanət, separatizm, haramdır" deyib. Karataşın bu sözləri tənqid atəşinə tutulub. Məsələ bundadır ki, minillik şanlı tarixi olan Türk kimliyi sadəcə mənəvi əsaslara söykənmir, həm də Türkiyə Cümhuriyyəti Konstitusiyasının 66-cı maddəsində təsbit edilib. Hüquqşünasların sözlərinə görə, Karataş Konstitusiyanı pozan cinayət edib və hüquqi prosedurlar başlanmalıdır.

Türkiyə Konstitusiyanın 66-cı maddəsinə görə, "Türk Dövlətinə vətəndaşlıq xətti ilə bağlı olan hər kəs türkdür. Bir türk atanın və ya bir ananın uşağı türkdür". Adı çəkilən ilahiyyatçı isə türkçülüyü 'separatizm, xainlik və haram" olaraq izah edib.

Qardaş ölkə Konstitusiyasında vətəndaşlıq anlayışının "Türklük" kimi tanınmasının əsası 1924-cü ildə qoyulub. Həmin il hazırlanan Konstitusiyada "Türkiyədə irqi və dini baxımdan fərq qoymadan hər kəsə vətəndaşlıq baxımından 'Türk' deyilir" bəndi vardır. Vətəndaşlıq qanunla göstərilən şərtlərə əsasən əldə olunur və yalnız qanunda göstərilən hallarda itirilir.

Tənqidə məruz qalan Karataş paylaşım edərək, "Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və üstümdən mühafizə elə! ” yazıb.

 

Mənbə: birhaberoku.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR