Slimfit
  1. MEDİA

Türkiyənin ayağına atılan daş... - Paşayeva

Türkiyənin ayağına atılan daş... - Paşayeva
Sakura

Türkiyənin ayağına atılan daş... - Paşayeva

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva 18 oktyabrda Türkiyədə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Türk dünyası Birliyinin güclənməsi, beynəlxalq aləmdə həqiqətlərimizin geniş təbliği istiqamətində gördüyü işlərə görə nüfuzlu Hüquq və Demokratiya Qurumu Dərnəyinin “Bülənt Yurd Hüquq və Demokratiya Mükafatı”na layiq görülüb.

Axar.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən tədbirdə Türkiyənin tanınmış siyasətçiləri, bürokratları, hüquqşünasları, vəkilləri və ziyalılarının iştirak edib. Tədbirdə çıxış edən millət vəkili Türk dünyası birliyinin əhəmiyyətinə diqqət çəkib:

“Bu gün bizim üçün çox önəmli bir gündür. Belə bir gündə bu mükafatı almaq daha fərqli duyğudur. Çünki bu gün Azərbaycanımızın dövlət müstəqilliyini təkrar qazanmasının 28-ci ildönümüdür. Belə mənalı bir gündə mükafatı məndən daha çox layiq olan Azərbaycanın müstəqilliyi, torpaq bütünlüyü, Qarabağımız üçün həyatını fəda etmiş bütün qəhrəman şəhidlərimiz, qazilərimiz və onları gözəl ailələri adına alıram. Bu mükafatı özünü Azərbaycanın müstəqilliyinə, inkişafına həsr etmiş aydınlarımız, gözəl insanlarımız və gözəl vətənim adına, qardaş Türkiyəmizin torpaq bütünlüyü üçün çalışan, “Sülh çeşməsi” hərəkatında terrorla mübarizədəki bütün qəhrəman mehmetciklərimiz adına alıram”.

Buradan Türkiyəni zəiflətmək istəyənlərə səslənirik-buna gücünüz yetməz, biz qardaş Türkiyənin yanındayıq. Çünki Azərbaycan da Türkiyə də bizim vətənimizdir. Türkiyənin ayağına atılan daşı biz başımıza atılan daş hesab edərik. Ona görə bütün düşmənlər bilsin, biz 300 milyonluq türk dünyası Türkiyəmizin yanındayıq. Çünki Türkiyə güclü olarsa, biz hamımız güclüyük, Azərbaycanımız güclü olarsa, hamımız güclüyük”.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, təkrar qazanmasından bu günə qədər keçdiyi yoldan, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, Azərbaycan-Türkiyə qardaşlığından, Türk Şurası birliyinin gücləndirilməsi istiqamətində görülən işlərdən geniş danışan millət vəkili Qarabağ çağırışı edib:

“Türkiyədə hüquq məktəbinin qurucularından biri, böyük aydın və Türkiyəmizin ilk qadın hüquqçusu və vəkili Sürəyya Ağaoğlunun atası Əhməd Ağaoğlunun doğulduğu Dağlıq Qarabağ, Şuşa hələ də işğalçı Ermənistanın işğalı altındadır. Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Ağaoğlunun bir çox yerlərdə150 illlik yubileyi keçirilir, amma onun doğulduğu torpaqlarımızda bunu qeyd edə bilmirik. Azərbaycanımızın torpaqlarının işğaldan azad edilməsində bütün Türk dünyası Azərbaycanın yanında daha da güclü olmalıdır”.

Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində qardaş Türkiyənin ədliyyə nazirliyinin rəsmiləri, Ali məhkəmənin başçısı İsmail Rüştü Cirit, Türkiyə Barolar Birliyinin sədri professor Mətin Feyzioğlu, bir sıra məhkəmə sədrləri, tanınmış QHT və KİV rəhbərləri ilə görüşərək geniş fikir mübadiləsi aparıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR