Slimfit
  1. İQTİSADİYYAT

Türkmənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər

Türkmənistan Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər
Sakura

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uzadıla bilər

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uzadıla bilər.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.

Diplomatın sözlərinə görə, müvafiq layihələr artıq Türkiyə tərəfindən hazırlanıb.

Səfir qeyd edib ki, Türkmənistan bu marşrutu enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün istifadə edə bilər:

"Bakı-Tbilisi-Qars layihəsini uzatmaq planlarımız var. Bu marşrut həm Türkiyə, həm də Türkmənistan üçün strateji əhəmiyyətə malikdir. Aşqabad neft və qaz ixrac edir və onlar gəlirlərini artırmaq istəyirlər. Türkmənistanda qaz ehtiyatları 26 milyard kubmetr qiymətləndirilir".

 

Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR