Slimfit
  1. TƏBİƏT

Tutuquşuların insanlar kimi şüurlu şəkildə danışmağı təhlükəlidirmi?

Tutuquşuların  insanlar kimi şüurlu şəkildə danışmağı təhlükəlidirmi?
Sakura

Dediklərini başa düşdüyü sübut edilmiş belə bir quş, Afrika tutuquşusu Aleksdir.

Hər bir insan ünsiyyət qurmağa ehtiyac duyur,  ev heyvanları saxlamaq da , əslində bu ehtiyacdan yaranır.  Ancaq bəzən adamın  ürəyindən  ev heyvanlarından ən azı birinin "necəsən?" deyə soruşması keçir. Bəlkə də bunlar elə tutuquşulardır.  Yadda qalan cümlələri təkrarladıqlarına və onları başa düşə bilmədiklərinə öyrəşmişik, amma alimlər bunun belə olmadığını sübut etdilər.

Məlum olur ki, tutuquşular assosiativ cərgələrin necə qurulacağını bilirlər, bu səbəbdən tez-tez söhbətin "mövzusuna" düşürlər.  Əlbəttə ki, tutuquşuların əksəriyyəti əzbərlənmiş sözləri dəfələrlə təkrarlayır və necə olduğunuzla qətiyyən maraqlanmırlar.  Ancaq bunun əksini sübut edənlər var.

Dediklərini başa düşdüyü sübut edilmiş belə bir quş, Afrika tutuquşusu Aleksdir.  Tədqiqatçılar Aleksə bir neçə ay təlim verdilər və nəticələrə heyran qaldılar. Bu tutuquşu 50 predmeti , göy qurşağının bütün rənglərini , bir neçə formanı dəqiq təyin etməyə və hətta 10-a qədər saymağa başladı.

Tutuquşuların istifadə etdiyi təqlid əsl  möcüzədir. Sən demə, onların  səs telləri yoxdur,  boğaz əzələlərini istifadə edirlər.  Onlar nəfəs borusu vasitəsilə orqana - sirenksə hava göndərirlər, səsin tonunu və gurluğunu dəyişdirirlər, nəfəs borusunun dərinliyini və formasını nizama salırlar.

Sosial şəbəkələrdə Amazonlar və ya Afrika boz tutuquşularının danışdığı və mimikanın möcüzələrini göstərdiyi bir çox video var.  Ancaq məlum olur ki, qarğa, hind halqalı tutuquşu və kokatiel də bunu edə bilər.

Quşlar sosial canlılardır, buna görə də asanlıqla təmas qururlar və ətrafları ilə qarşılıqlı əlaqəyə ehtiyac duyurlar.  İnsanlar quş dilini başa düşmədikləri üçün tutuquşular ünsiyyət yollarını tapmağa çalışır və bunun üçün- mimikriyaya  (təqlidlərə) -  diqqəti cəlb etmək üçün  yeganə yol kimi baxırlar. 

Tutuquşuların insanlarla ünsiyyət qurmasına baxmayaraq, düşüncəli məzmun yarada biləcək qədər intellektlərini  inkişaf etdirə biləcəkləri ehtimalı yoxdur.    Buna görə sakitləşə bilərsiniz, heç bir təhlükə yoxdur.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR