Slimfit
  1. MARAQLI

Uberin rəhbəri Expedia-nın direktoru Dara Xosrovşahi ola bilər

Uberin rəhbəri Expedia-nın direktoru Dara Xosrovşahi ola bilər
Sakura

Şirkətdə bu informasiyanı təsdiqləməyiblər

Turistik xidmət olan Expedia-nın 48 yaşlı baş direktoru Dara Xosrovşahi (Dara Khosrowshahi) Uberin yeni rəhbəri olacaq. Şirkətdə bunu təsdiqləməyiblər, informasiyanı The New York Times və Reuters yayıb.

Agentliyin verdiyi məlumata əsasən Xosrovşahiyə “imici bərpa etmək”, “investorlarla münasibətləri yolunaq qoymaq” və “iş ruhunu yüksəltmək” missiyasında inanırlar. TNY məlumatlarına əsasən baş direktor Uber-də stabilliyi geri qaytarmalı və şirkətin göstəricilərini yaxşılaşdırmalı olacaq.

Bundan başqa seçilmiş rəhbər yeni menecment təşkil etməli, yeni maliyyə və icraçı direktorlar tapmalıdır. Uber-də şirkətə yeni rəhbər təyin etdiklərini təsdiqləyiblər, lakin onun adını çəkməyiblər.

Şirkətin rəhbəri titulu üçün Xosrovşahi Ceffri İmmelton (General Electric şirkətinin sabiq rəhbəri) və Hewlett Packard şirkətinin baş direktoru Meq Unitmenlə mübarizə aparıb.

Uberin təsisçisi Trevis Kalanik korporativ korporativ qalmaqallar fonunda 21 iyunda istefa verdi. O şirkətə 2009-cu ildən rəhbərlik edirdi, onun başçılığı altında xidmət dünyanın 70 ölkəsinə yayıldı və şirkətin dəyəri 70 milyard dollardır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR